İsgəndərin Rəşad Dağlıya yazdığı mesajlar ÜZƏ ÇIXDI

İsgəndərin Rəşad Dağlıya yazdığı mesajlar ÜZƏ ÇIXDIXəbər verdiyimiz kimi, iyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlıya hökm oxunub. Hökmə əsasən, o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
azxeber.com xəbər verir ki, "Qafqazinfo"ya hadisədən öncə İsgəndərin Rəşada yazdığı mesajların motivləri də bəlli olub.
Məlum olub ki, Rəşad Dağlı nömrəsinin çox yayıldığı ərəfədə telefonunu bir müddət bağlı saxlayıb. Bu zaman isə İsgəndər Rəşadın qardaşına zəng edərək onu axtardığını bildirib. 
Rəşad Dağlı isə İsgəndərin onu axtardığını öyrənəndə, əvvəlcə onu tanımayıb, meyxanaçı Ələkbər Yasamallının bibisi oğlu olduğunu biləndə tanıyıb. Lakin İsgəndər Mehdiyevin narkotik satışına görə dəfələrlə məhbus həyatını yaşadığını bilən Rəşad, onu ciddiyə almadığını deyib.
İsgəndərin israrlarından sonra Rəşad ona zəng edib. İsgəndər isə türmədə olanda bir nəfərin Rəşad Dağlı haqqında "üzdəniraq" ifadəsini işlətdiyini deyib. Rəşad Dağlı İsgəndər Mehdiyevə "üzdəniraq" söhbətinin kim tərəfindən edildiyini, bu şəxsi ortaya çıxarmasını, onunla görüşüb söhbəti aydınlaşdırmaq istədiyini deyib. İsgəndər isə həmin şəxslə görüşməyin lazım olmadığını bildirib. O, Rəşada bu söhbəti özünün edəcəyini deyib. 
Rəşad Dağlı söhbəti ciddiyə almadığı üçün telefonu söndürüb. Daha sonra telefonu açanda İsgəndərin ona mesajlar yazdığını görüb:
- "Qaqaş, mənəm İsgəndər. Qaqaş, mən sənə çox dedim, sən az eşitdin. Mən hara kimi lazımdır, səni müdafiə etdim. Rəşad, "üzdəniraq" söhbətin gedir. Nə qədər tezdir, gəl qabağını al". 
- "Qaqaş, nə oldu, razılaşdın? Yəni, bu olub? Rəşad, mən üç gündür ki, səni müdafiə edirəm. Sən də gəl mənə dəstək ol. Gəl, tək mənlə görüşəcəksən. Sadəcə, görüşək, bir-iki şey var ki, onları sən bilirsən".
"Rəşad, o boyda mövzu gedir, sənin üçün heç maraqlı deyil. Mənə təcili zəng elə, gözləyirəm".
"Rəşad, sən gəlməsən, məcbur olub məhlədən bir-iki nəfəri götürüb söhbətə gedəcəm. Dua elə söhbətimiz sülhlə qurtarsın".
Rəşad İsgəndərin bu mesajlarından sonra onun Yasamalda lazımsız söhbətlər çıxaracağını düşünərək görüşə razılaşıb. İsgəndər bu zaman ona "boş" gəlməməsini deyib.
Rəşad görüş zamanı İsgəndəri başmaqla görüb və ona "başmaqla söhbətə gedərlər?" deyib. İsgəndər isə "narahat olma" deyərək Rəşadın maşınına əyləşib. 
Rəşad yolda təkidlə ondan ad soruşsa da, İsgəndər ona heç nə deməyib. O, Rəşada həmin adamla özünün görüşməsinə ehtiyac olmadığını deyib:
"Həmin adamın problemi var, ona altı min manat lazımdır, həmin şəxs üç min manat tapıb, üç min manatı isə qalıb. Üç min manat versən, söhbət bağlanar".
Rəşad isə cavabında "mən üç min versəm, "üzdəniraq" olmuram, verməsəm, oluram?" sualını verib. Rəşad bundan sonra həmin adamın yanında getməyi tələb etsə də, İsgəndər bundan boyun qaçırıb. O, İsgəndərə "bunun mənə heç bir aidiyyəti yoxdur, bu sözü dəyənlərin yanına gedək, biz buna görə görüşdük axı" deyib.
İsgəndər isə "bir nəfərin də belə söhbəti gedirdi, həmin söhbət pulla həll olundu" sözlərini deyib. Rəşad pul verməyə etiraz edərək, "gedək bu sözü deyənlər mənə bunu sübut etsin" söyləyib.
Rəşadın sözlərinə görə, İsgəndər pul ala bilməyəcəyinə əmin olduqdan sonra, onun ünvanına ağır söyüşlər söyüb. Rəşadın iddiasına görə, İsgəndər maşının sürətlər qutusunun yanına qoyulan bıçağı əlində oynadırmış. Bıçağı da onun əlindən alaraq İsgəndəri vurduğunu deyib.
Rəşad bildirib ki, İsgəndər bu söhbəti pula görə ortalığa atıb. Bu, SMS-lərdə də öz əksini tapıb. 
Qeyd edək ki, məhkəmə zamanı İsgəndər Mehdiyevin yaxınları Rəşad Dağlıdan şikayətçi olmayıb.

Sosial       Tarix: 01 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu son xəbərlər azərbaycanda valyuta mezenesi