"İslam dünyasına xəyanət edən dövlət İrandır
"İslam dünyasına xəyanət edən dövlət İrandır".
Bu fikirləri Milli Məclisin sədr müavini Fəzail İbrahimli parlamentin aprelin 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu günədək bir neçə müsəlman ölkəsi İsraildə səfirlik açıb:
"Ancaq Azərbaycanın İsraildə səfirlik açması İranı niyə özündən çıxarır?! Bu da azmış kimi, ölkəmizə qarşı təhdid, şantaj xarakterli bəyanat yayır. Utanmaz kimi bəyanatda qeyd edirlər ki, guya Azərbaycan hökuməti islam dünyasının tələblərinə zidd hərəkət edərək Qüdsdə səfirlik açıb. İran, sənin açdığın səfirliklər məgər islam dünyasına zidd deyil?! Riyakarlıq ayaq tutub yeriyə bilməz. İran Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı susdu. Bilirsiniz, maska nə zaman cırıldı? Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad edəndə".
F.İbrahimli vurğulayıb ki, İran parlamentində bu kimi addımlarla Azərbaycan xalqında müəyyən fikir ayrılıqları yarada biləcəklərini düşünürlər:
"Buradan onlara səslənirəm ki, unudun bu məsələləri. Çünki zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı bütöv və əyilməzdir. Azərbaycan dövləti güclü və bütövdür. Hakimiyyət və xalq arasında birlik var. Hesab edirəm ki, İranın sinəsini dağlayan məqam da məhz bunlardır. İran parlamentinin yaydığı bəyanat saxta və yalandır. İslam dünyasına xəyanət edən dövlətin özü də məhz İrandır".
///Report / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir