İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Bəyanat yayıbİslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Bəyanat yayıb
Daim Azərbaycana dəstək verən, Xocalı soyqırımını tanıyan İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə bəyanat verərək sənədi qurumun rəsmi saytında (en.puic.org) yayımlayıb. 
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bəyanatda deyilir ki, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğal olunmasından və mülki əhaliyə qarşı törədilən soyqırımından 29 il ötür. Bildirilir ki, həmin gecə sağ qalmaq üçün ən yaxın təhlükəsiz bölgəyə qaçmağa çalışan mülki şəxslər pusquya salınaraq vəhşicəsinə öldürüldü, bir qismi isə girov götürüldü. 
Xocalı soyqırımı qurbanlarına dair rəsmi faktların qeyd olunduğu bəyanatda yazılır ki, 56 nəfər xüsusi amansızlıqla qətlə yetirildi: müxtəlif şəkildə diri-diri yandırıldı, başları kəsildi və ya gözləri çıxarıldı, hamilə qadınların qarnına süngü saplandı, şəhər yerlə-yeksan edildi.
Bəyanatda vurğulanır ki, Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlər, o cümlədən soyqırımı cinayəti beynəlxalq hüquq normalarına, humanitar və insan hüquqlarına ziddir, 1949-cu il Cenevrə Konvensiyası müddəalarının və bu qisimdən olan bir sıra qanunvericilik aktlarının ciddi şəkildə pozulması ilə müşayiət olunub. 
Bildirilir ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə  1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi bu cinayətə hüquqi-siyasi qiymət verib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq miqyasda həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya yayılması və bu faciənin tanınması istiqamətində məqsədyönlü addım olub.
Məlumat verilir ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktı ilə bağlı müvafiq qərarlar qəbul edilib. Xocalı soyqırımı Pakistan, Meksika, Bosniya və Herseqovina, Çexiya, İordaniya, Peru, Kolumbiya, Paraqvay, Honduras, Əfqanıstan, İndoneziya və digər ölkələrin parlamentlərində müzakirə olunaraq bu cinayəti pisləyən siyasi sənədlər qəbul edilib, Xocalı soyqırımı tanınıb.  Bəyanatda vurğulanır ki, Xocalı soyqırımı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən də rəsmən tanınıb və qınanılıb.
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının yaydığı bəyanatda qeyd olunur ki, 27 sentyabr 2020-ci il tarixində başlanan əks-hücum əməliyyatı ilə Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarıldı. Beləliklə, ölkənin ərazi bütövlüyü bərpa olundu. 
Bəyanatın yekununda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir daha yad edilir, onlara Allahdan rəhmət diləkləri bildirilir. Beynəlxalq hüququn norma və prinsiplərinə istinadən ümid ifadə olunur ki, gec-tez ədalət öz yerini tapacaq, Xocalı soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar.  /oxu.az

Siyasi       Tarix: 26 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar son xəbərlər azərbaycanda sonxabar xeberler bugun