İslam Partiyasının sədrinə görə evində dini məclis təşkil edən şəxs HƏBS EDİLDİ
Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm Səmədovun azadlığa çıxması münasibətilə evində dini məclis təşkil edən şəxs saxlanılıb.
KONKRET.az xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.
Belə ki, polisə qəsəbədəki evlərdən birində partiya üzvləri və dini təhsilli şəxslərin iştirakı ilə tədbir keçirilməsi barədə məlumat daxil olub. Əraziyə gedən polis əməkdaşları tədbirin qanunsuz keçirildiyini və dayandırılmalı olduğunu bildirib.
İttihama görə, bu zaman ev sahibi, tədbirin təşkilatçısı olan 1991-ci il təvəllüdlü şəxs etirazını bildirib və polisin tələbinə tabe olmayaraq aqressivlik nümayiş etdirib. Onunla birgə tədbirlə əlaqədar oraya gələn daha 3 nəfər saxlanılıb. Polis tərəfindən edilən xəbərdarlıqdan sonra evə gələn digər şəxslər ərazini tərk edib.
Bildirilib ki, hadisədən əvvəl tədbirlə bağlı sosial şəbəkədə elan verilib.
Saxlanılan şəxslərdən tədbirin təşkilatçısı olan 32 yaşlı şəxsə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib.
Qeyd edək ki, İslam partiyasının sədri, Hacı Mövsüm Səmədov 12 il həbsdən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. M.Səmədov mütəşəkkil dəstə halında cinayətə hazırlıq, odlu silahdan istifadə etməklə cinayətə hazırlıq, qanunsuz silah saxlama və hakimiyyəti zorla ələ keçirməyə görə ittiham olunmuşdu.//Qafqazinfo
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır