İsmayıllıda güclü qar nəticəsində talvarı çökən evin sakinləri xilas edildi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə güclü qarın yağması nəticəsində İsmayıllı rayonunun Basqal qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evinin qarşısındakı talvarın çökərək evin giriş hissəsini bağlaması və sakinlərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-nin Mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, dərhal çağırış ünvanına FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaş Kazımov Əbülfəz Həsən oğluna məxsus fərdi yaşayış evinin qarşısındakı talvarın yağan qarın ağırlığına tab gətirməyərək çökməsi nəticəsində evin giriş-çıxışının bağlanması və evdə 2 nəfərin köməksiz vəziyyətdə qalması müəyyən edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif avadanlıqlardan istifadə olunmaqla fərdi yaşayış evinə bitişik tikilmiş ümumi sahəsi 35 kv.m olan talvar sökülərək evə giriş-çıxış bərpa olunub və evin sahibi və həyat yoldaşı xilas olunub.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar