İsmayıllıda yol polisi avtomobildə qanunsuz odlu silah aşkarlayıb - FOTO
İsmayıllıda yol polisi avtomobildə qanunsuz odlu silah aşkarlayıb - FOTO
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları "Mercedes" markalı avtomobildə qanunsuz odlu silahın olduğunu müəyyən ediblər.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Məlumata görə, sürücü, İsmayıllı rayon sakini İsmayıl Hacıyev təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inspektor tərəfindən ona "saxla" əmri verilib. Yol polisi avtomobilə yaxınlaşdıqda oturacağın üzərində ov tüfənginin olduğunu görüb. Araşdırma zamanı həmin "TOZ-63" markalı odlu silahın müvafiq sənədlərinin olmadığı məlum olub. İ.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
Həmçinin, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində rayonun Qalınçaq kənd sakini Saiq Qəribov "İJ-16" markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.




Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi