İsmayıllıya 1 metr qar yağdı - Lahıcda uçqun oldu
Ötən bir həftə ərzində İsmayıllı rayonuna yağan güclü qar kəndlərə gedən yolların bağlanmasına səbəb olub.
KONKRET.az-ın xəbərinə görə, rayonun yüksək dağlıq ərazisində yerləşən kəndlərdə qarın hündürlüyü 1 metrə çatıb.
Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah Güyüm kəndlərində qar səbəbindən yollar görünmür, əhalinin rayon mərkəzinə minik avtomobilləri ilə gediş-gəlişi dayanıb, yalnız yük maşınları ilə hərəkət etmək mümkündür.
Hazırda kənd yollarında qalın qar örtüyü olduğuna görə, yerli sakinlər bir neçə gündür ki, nəqliyyat vasitələrini küçəyə çıxara bilmir, qarın əriməsini gözləyirlər. Bəzi kəndlərdə qarın ağırlığına tab gətirməyən köhnə elektrik dirəkləri aşıb, naqillər qırılıb, əhaliyə elektrik enerjisinin verilişində fasilə yaranıb. Bir neçə evin, tövlənin və yardımçı tikilinin dam örtüyü qarın təsirindən çöküb.
Bundan əlavə İsmayıllı-Lahıc avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində qar uçqunu baş verib. Hündür dağlardan gələn böyük qar kütləsi avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün əraziyə ağır texnikalar cəlb olunub./apa

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar