İspaniyada növbədənkənar seçkilər keçiriləcək
İspaniyada növbədənkənar seçkilər keçiriləcək.
KONKRET.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İspaniya Baş naziri Pedro Sançez televiziyada müraciətində bildirib.
Baş nazirin sözlərinə görə, o, parlamenti buraxacaq və iyulun 23-də ölkədə növbədənkənar ümumi seçkilər keçiriləcək.
"Dünənki seçkilərin nəticələrinə baxarkən belə bir qərar verdim", – deyə Sançez televiziya ilə xalqa müraciətində bildirib. Sançezin İspaniya Sosialist İşçi Partiyası (PSOE) və onun müttəfiqi "Podemos" mayın 28-də keçirilən regional seçkilərdə mövqelərini itiriblər, rəqib partiyalar mühafizəkar Xalq Partiyası və ifrat sağçı Vox partiyası seçkidə üstünlük qazanıb.
"Dünənki seçkilərin yerli və regional miqyasda olmasına baxmayaraq, səsvermənin mənası bundan kənara çıxan bir mesaj verir. Ona görə də həm Baş nazir, həm də PSOE-nin sədri kimi mən nəticələri şəxsi hesab edirəm", – deyə Pedro Sançez əlavə edib.//APA
Xidmetler [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi