İspaniyanın EFE agentliyi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib - FOTO

İspaniyanın EFE agentliyi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib - FOTO İspaniyanın EFE agentliyi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib - FOTO
İspaniyanın EFE informasiya agentliyi fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici KİV nümayəndələri üçün mətbuat konfransı ilə əlaqədar məqalə dərc edib.
"İlham Əliyev bəyan edib ki, Ermənistan ölkədə daxili böhrana baxmayaraq atəşkəs haqqında Bəyanata riayət etməlidir" sərlövhəli məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri xüsusi vurğulanır:
"Dağlıq Qarabağda müharibədə Ermənistanın məğlubiyyətindən sonra geniş miqyas almış siyasi böhran bu ölkənin daxili işidir, lakin həmin böhran atəşkəs haqqında Bəyanata riayət edilməsinə mane olmamalıdır".
İlham Əliyev əmindir ki, əgər Ermənistan atəşkəs haqqında Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirməsə, o, (Ermənistan) daha mürəkkəb vəziyyətə düşəcək.
Diqqətə çatdırılır ki, atəşkəs haqqında Bəyanatın 9 bəndinin əksəriyyəti artıq yerinə yetirilib, lakin İlham Əliyevin sözlərinə görə, hazırda həmin sənədin bəzi aspektləri müzakirə edilir. Qarabağ uğrunda – Azərbaycanın tərkib hissəsi olması bütün dünyada qəbul edilmiş, lakin etnik ermənilərin məskunlaşdığı bu ərazi uğrunda müharibədə rəsmi Bakının qələbəsi yeni reallıqlar doğurub. Ermənistanın həmin reallıqları qəbul etməkdən başqa yolu yoxdur.
Azərbaycan Prezidenti əminliklə qeyd edib ki, bütün hərbi əsirlər Ermənistana qaytarılıb. 60-dan çox erməni əsgəri isə terrorçudur və bu səbəbdən onlar hərbi əsir sayılmır.
Agentlik diqqətə çatdırır ki, İlham Əliyev gələcəkdə Ermənistan ilə münasibətlərin normallaşmasını və müəyyən anda sülh müqaviləsi imzalanmasını istisna etməyib, hərçənd 10 noyabr 2020-ci il tarixli Bəyanat, əslində Ermənistanın kapitulyasiya aktı və de-fakto sülh müqaviləsi kimi bir sənəddir.
EFE yazır: Prezident İlham Əliyev bir daha təkrar edib ki, Qarabağın statusu məsələsi gündəlikdə yoxdur və olmayacaq, bu barədə söhbətlər isə sülhə dəstək deyil, qarşıdurma məqsədi güdür.
İspaniyanın EFE agentliyi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib - FOTO

Siyasi       Tarix: 01 mart 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar son xəbərlər azərbaycanda sonxabar xeberler bugun