"İsrael HaYom": Ermənilər Qarabağda azərbaycanlılara qarşı dəhşətli etnik təmizləmə aparıblar

"İsrael HaYomSevincə qatılan kədər, artıq olub keçən və heç vaxt geri dönməyəcəklərlə bağlı dərdlə qarışıq gələcəyə nikbin baxış. Bu, yalnız İsrail Dövlətinin deyil, həm də bir neçə gün əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranma gününü qeyd edən, ölkəmizin strateji tərəfdaşı olan Azərbaycanın tarixidir.
Azərbaycan tarixində birinci parlament respublikası olan Xalq Cümhuriyyəti bütün Yaxın Şərqdə hüququn aliliyinə əsaslanan demokratik dünyəvi dövlətin ilk modeli idi. Bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Şmuel Din Elmasın İsrailin nüfuzlu ibrani dilli "İsrael HaYom" qəzetindəki "Qarabağdan gündəliyim" sərlövhəli məqaləsində yer alıb.
Müəllif yazır ki, 28 il ərzində ərazilərinin 20 faizinin Ermənistanın işğalı nəticəsində Azərbaycan 800 min nəfərlik ciddi qaçqın və məcburi köçkün böhranı ilə üzləşib.
"Bakıdan Qarabağa səfərə yola düşəndə erməni təcavüzü nəticəsində evlərini itirən insanlar üçün lazımi səviyyədə investisiya qoyuluşu barədə düşüncənin təsiri altında idim.
Qarabağdakı ermənilərin dağıtdığı və məhv etdiyi hər bir şəhərin girişində yerli sakinlərin bu dəhşətli müharibədə həlak olan əsgər və zabitlərin adlarını və fotolarını əks etdirən xatirə lövhələri var. Birinci Qarabağ müharibəsi zamanı 130 mindən çox azərbaycanlının yaşadığı Ağdam bölgəsindən Qarabağa gəldim. Onlar yerli əhalinin mütləq əksəriyyətini təşkil edirdilər. 28 il əvvəl Azərbaycan əhalisinə qarşı dəhşətli etnik təmizləmə aparılıb və bütün bu illər ərzində bu ərazilərə işğalçı Ermənistan ordusu tərəfindən nəzarət olunurdu. Gözlərimin önündə terror təşkilatlarının "Kabus şəhəri Ağdam"da yaradılan saysız-hesabsız tunel və istehkamlar, minalanmış sahələr var idi", - deyə israilli jurnalist qeyd edib.
Müəllif vurğulayır ki, iki Qarabağ müharibəsi arasındakı 28 il ərzində ermənilər hətta "Hizbullah" və HƏMAS terror təşkilatlarının belə yalnız xəyal edə biləcəyi çox sayda tunel tikiblər.
İsrail jurnalistinin fikrincə, ermənilər azərbaycanlıların Azərbaycanın tarixi və strateji şəhəri olan və bu il "Odlar Yurdu"nun mədəniyyət paytaxtı elan edilən Şuşaya hücuma keçməyə cəsarət edəcəyini gözləmirdilər.
"Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramının tonqalını məhz Şuşada yandırdı. Bu, Azərbaycanın Ermənistan üzərində strateji və mənəvi Qələbəsini məhz Şuşada qeyd etmək məqsədi daşıyırdı. Azərbaycanın xüsusi təyinatlılarının müqəddəs Şuşanı azad etməsi Azərbaycanın Zəfərinin rəmzinə çevrildi", – deyə məqalədə vurğulanır.
Müəllif Ağdamda tamamilə dağıdılmış və məhv edilmiş evləri, binaları, idarələri, muzeyləri gördüyünü yazır. Qeyd edir ki, ona ermənilərin evləri dağıdıb məhv etmələri, tikinti materiallarını isə satmaları barədə məlumat verilib. Bildirilib ki, Ağdamdan, sadəcə, divarlar qalır. Yarıdağılmış məscidə isə saman tökülüb və yandırılıb. Bu isə göstərirdi ki, orada heyvan saxlanılıb. Ermənistanın hərbi təcavüzündən sonra Qarabağda 70 məsciddən yalnız biri qalıb. Bundan başqa, qəbiristanlıqlar dağıdılıb, meyitlər çıxarılaraq təhqir edilib.
Jurnalist yazır: "İsraildə Azərbaycan Evinin rəhbəri, mənim dostum, həmkarım, Qarabağa səfərimdə məni müşayiət edən Arye Qut bildirdi ki, o da mənim kimi, həyatında ilk dəfə bu ərazilərdə olub. O, ilk andan hiss etmişdi ki, sanki bu əraziyə dəhşətli vəba gəlib. Azad edilmiş ərazilərdə demək olar bir dənə də salamat ev, uşaq bağçası və ya məktəb, kitabxana və muzey qalmayıb. İşğalçı ermənilər Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan kimi şəhərləri yerlə-yeksan edərək, qarətçilik, neonasizm və vandalizm ilə məşğul olublar. Hətta ağacları da məhv ediblər. Qalan xarabalıqlar isə hansısa qədim imperiyanın qalıqlarını xatırladır.
Arye Qut dedi ki, Pənahəli xanın məqbərəsində gördüklərindən çox təsirlənib. Ermənilər onu tövləyə çevirib, içərisində inək və donuz saxlayıblar. Dahi Azərbaycan şairi Xurşidbanu Natəvanın dağıdılan, qazılan və oğurlanan qəbri dəhşət saçırdı".
Müəllif vurğulayır ki, ermənilər Ağdamı dağıdıb məhv ediblər. Yalnız Cümə məscidini saxlayıblar ki, ondan da artilleriya atəşinin tənzimlənməsi üçün və müşahidə məqsədilə istifadə ediblər.
Bütün dünyada məşhur olan Çörək muzeyi də məhv edilib. O, Sovet İttifaqında yaradılan ilk Çörək muzeyi idi. Otuzillik qəddar və barbar erməni işğalından sonra bütün şəhər kimi, bu bina da xarabalığa çevrilib.
Şmuel Din Elmas yazıb ki, ötən il Avropa Liqasında Təl-Əvivin "Makkabi" komandası ilə qarşılaşan "Qarabağın Ağdamdakı stadionu da məhv edilən abidələr sırasındadır.
Müəllif azad edilmiş rayonlarda infrastrukturun bərpasına başlanılmasına diqqət çəkib, Füzulidə yeni beynəlxalq hava limanının inşa edildiyini bildirib.
Füzulidə məhv edilmiş düşmən texnikalarını gördüyünü qeyd edən müəllif yazıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsində İsrailin müasir silahlarından məharətlə və dəqiqliklə istifadə edib.
Səfəri zamanı Cəbrayıldan keçərək Zəngilana gedən Şmuel Din Elmas qeyd edib ki, Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi məhz bu rayondan başlayacaq.
O vurğulayıb ki, xarici şirkətlər, o cümlədən İsrail şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərinə dəvət olunublar.
Müəllif yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağı tezliklə bərpa etməkdə qərarlıdır və burada nəhəng layihələrə artıq start verilib.

Siyasi       Tarix: 02 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan son xeberler bugun 2026 azerbaycan son xeberler bu gun sonxəbərlər