İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib

İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edibİsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
İsrail mediası bu ölkədə yaşayan yüzlərlə Azərbaycan yəhudisinin Tel-Əviv Yafoda müstəqil Azərbaycan dövlətinə dəstək və Ermənistanın təcavüzünə etiraz məqsədilə keçirdiyi 9 avqust 2020-ci il tarixli aksiyasını işıqlandırmaqda davam edir.
Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
İsrailin ILTV beynəlxalq telekanalının "İsrail xəbərləri" proqramında yayımlanan süjetində, "The Jewish Press" informasiya agentliyinin "İsraildə yaşayan yüzlərlə Azərbaycan yəhudisi Ermənistanın təcavüzünə qarşı çıxış edib" başlıqlı xəbərində bildirilib ki, təxminən 600 nəfərə yaxın insan şəhər boyunca yürüşdən sonra erməni mədəniyyət mərkəzinin və erməni kilsəsinin önündə toplaşıblar.
Həmvətənlərimiz Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədini artilleriya atəşinə tutması, 12 hərbi qulluqçunun və 76 yaşlı mülki şəxsin həlak olması xəbərindən hiddətləndiklərini bildiriblər. Onlar Ermənistanın Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu uzun illərdir işğalda saxlamasına kəskin etirazlarını ifadə ediblər.
Tədbirdə ravvin Şmuel Siman Tov, siyasi analitik Arye Qut, "İsraildə Azərbaycan evi"nin rəhbəri Şirin Nexamiya Mixaeli və başqalarının çıxış etdikləri, İsrailin multikulturalizmin, tolerantlığın hökm sürdüyü Azərbaycanla həmrəy olduğunu bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırdıqları vurğulanıb.
Onlar faşist əlaltısı olan Qaregin Njde kimilərinə heykəl ucaltmaqla Holokost qurbanlarının xatirəsini təhqir edən Ermənistanın iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə bilməyəcəyini bəyan ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yəhudi əsilli azərbaycanlıların da həlak olduğu faktını xatırladan natiqlər Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonunun Ermənistanın işğalından azad edilməsini, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz tarixi torpaqlarına qaytarılmasını tələb ediblər.
Qeyd edək ki, ILTV beynəlxalq telekanalının "İsrail xəbərləri" proqramının 13.33-cü dəqiqəsindən başlayaraq göstərilən süjetdə Tel-Əviv Yafoda keçirilmiş aksiya, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatları barədə ətraflı məlumat verilib, eləcə də, Tovuz rayon sakinlərinin fikirləri səsləndirirlib. /oxu.az

Siyasi       Tarix: 15 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


yeni xeberler azerbaycan xeberleri son xeberler xankendi qurban bayrami 2026 maşın realiti şou xeber az