İsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLAR

İsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLARAzərbaycanda rəsmi səfərdə olan İsrail Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq mayın 30-da Heydər Əliyev Mərkəzində olublar.
KONKRET.az xəbər verir ki, Mərkəzin direktoru Anar Ələkbərov İsrail Prezidenti İsxak Hersoqa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.
Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə xidmət edir.
İsrail Prezidenti İsxak Hersoq Muzeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərlə tanış olub.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi İsrail Prezidentində böyük maraq doğurub.
Daha sonra İsrail Prezidenti xatirə kitabına ürək sözlərini yazıb.
Qonaqlar "Azərbaycan inciləri" sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
"Mini Azərbaycan" sərgisi ilə tanışlıq zamanı isə diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirilir.
Sonra İsrail Prezidenti və xanımı "Azərbaycan xalçası-ilmələrin rəqsi" adlı xalça kolleksiyası ilə tanış olublar. Ali qonağa "Azərbaycan xalçası-ilmələrin rəqsi" adlı kitabı hədiyyə edilib.
İsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLARİsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLARİsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLARİsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLARİsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLARİsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLARİsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLARİsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLARİsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLARİsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLARİsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLARİsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLARİsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLARİsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLARİsrail Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış oldular - FOTOLAR

Siyasi       Tarix: 31 may 2023
f Paylaş

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər.com havanın temperaturu xəbərlər son xeberler azerbaycan