İsraildə Azərbaycanın turizm nümayəndəliyinin ofisi açıldı - FOTO

İsraildə Azərbaycanın turizm nümayəndəliyinin ofisi açıldı - FOTOİsraildə Azərbaycanın turizm nümayəndəliyinin ofisi açıldı - FOTO
"İsraildə Azərbaycanın turizm nümayəndəliyinin açılışı Azərbaycan və İsrail arasında turizm əlaqələrinin inkişafına təkan verəcək". 
Bu barədə Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev martın 30-da İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı mərasimində bildirib. 
Tədbirdə çıxış edən Agentlik sədri nümayəndəliyin fəaliyyətinin İsraildə Azərbaycan haqqında məlumatlılığın artmasına və ikitərəfli turizm əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib.
Fuad Nağıyev iqtisadi və strateji amillərlə yanaşı, xalqlarımız arasında mədəni-tarixi əlaqələrin, qarşılıqlı dostluq və anlaşmanın turizm münasibətlərinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.  
Azərbaycanın çoxsaylı etnik qrupların birlikdə yaşadığı tolerant və multikultural ölkə olduğunu vurğulayan Fuad Nağıyev azərbaycanlılar və yəhudilərin əsrlər boyu bir yerdə yaşayaraq ortaq dəyərlər yaratdıqlarını, yəhudi irsinin bu günədək Bakı, Quba, İsmayıllı, Oğuz və digər rayonlarda qorunub saxlanıldığını, Qubada yerləşən Qırmızı Qəsəbənin dünya üzrə İsraildən kənarda dağ yəhudilərinin kompakt şəkildə yaşadığı yeganə yer olduğunu qeyd edib. 
Agentlik sədri israilli turistlərin tezliklə işğaldan azad olunmuş Qarabağa da səfər edə biləcəklərinə inamını ifadə edib.
Tədbirdə çıxış edən İsrailin turizm naziri Yoel Razvozov bildirib ki, 2021-ci ilin avqust ayında Azərbaycanın ticarət nümayəndəliyinin, eləcə də turizm nümayəndəliyinin açılması, indi isə Təl-Əviv ofisinin açılışı Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, turizm əlaqələrinin genişlənməsinə xidmət edəcək. 
Səfər çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyi ilə İsrail Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. 
Sazişə əsasən, tərəflər turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin turizm idarəetmə orqanları, turizm assosiasiyaları, təşkilatları və müvafiq şirkətləri arasında əlaqələrin qurulmasını, o cümlədən tarixi, rəqəmsal, ekoloji, macəra turizmi üzrə əməkdaşlığı genişləndirmək, mədəni irs və dini məkanlara səyahətləri təşviq etmək öhdəliyi götürürlər.
Bundan əlavə, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti 29-30 martda Təl-Əvivdə baş tutan "Beynəlxalq Aralıq dənizi Turizm Bazarı" (IMTM 2022) sərgisində iştirak edib. 
Sərgidə "Azərbaycan Hava Yolları" QSC, Dağ Yəhudiləri Muzeyi, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və digər 9 yerli tərəfdaşla birlikdə təmsil olunan nümayəndə heyəti tərəfindən Azərbaycanın turizm imkanları, o cümlədən Qarabağın turizm potensialı nümayiş etdirilib.
Sərgi çərçivəsində müvafiq tərəfdaşlarla yeni əlaqələr yaratmaq və yaxın gələcəkdə İsraildən daha çox turisti qarşılamaq istiqamətində əməkdaşlıq etməklə bağlı görüşlər keçirilib.
Sərgi zamanı İsrailin turizm naziri Yoel Razvozov Azərbaycan milli stendini ziyarət edərək təqdim olunan turizm məhsulları ilə tanış olub.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 47 min nəfər təşkil edib. Bu da 2018-ci il ilə müqayisədə 17,3 % artım demək idi. Pandemiya dövründə bu say kəskin azalsa da, 2021-ci ildə sərhədlərin tədricən açılması ilə davamlı şəkildə artmağa başlayıb.
İsraildə Azərbaycanın turizm nümayəndəliyinin ofisi açıldı - FOTOİsraildə Azərbaycanın turizm nümayəndəliyinin ofisi açıldı - FOTOİsraildə Azərbaycanın turizm nümayəndəliyinin ofisi açıldı - FOTOİsraildə Azərbaycanın turizm nümayəndəliyinin ofisi açıldı - FOTO

Turizm       Tarix: 31 mart 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber saytlari ən son xəbər valyuta mezenesi xabar az