İsrailə həlledici dəstək, Ukraynaya yalnız vəd? - Baş verənlər Zelenskini də dilə gətirdi

İsrailə həlledici dəstək, Ukraynaya yalnız vəd? - Baş verənlər Zelenskini də dilə gətirdiABŞ-nin və müttəfiqlərinin İsraili İranın son kütləvi hücumundan birgə müdafiə etməsi ukraynalıları, sözün əsl mənasında, qıcıqlandırıb.
KONKRET.az ABŞ-nin "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, Ukraynanın dövlət başçısı Volodimir Zelenski bununla bağlı məyusluğunu gizlətməyib.
İsrailin NATO üzvü olmadığını diqqətə çatdıran Zelenski azad dünya ölkələrini bu nümunədən istifadə edərək Ukraynanı da terrordan qorumağa çağırıb.
Hər gün şəhərləri, kəndləri bombalar, raketlər altında dağıdılan, çoxlu sayda itkilər verən ukraynalılar da görürlər ki, Tehran tərəfindən atılan 170 pilotsuz uçan aparatın, 120-yə yaxın ballistik raketin və 30-a yaxın qanadlı raketin əksəriyyəti ABŞ, Qərb və Ərəb tərəfdaşlarından ibarət koalisiya tərəfindən İsrail hava məkanına çatmamış vurulub.
Ukrayna rəsmiləri Vaşinqtonun dəstəyinə görə nankor görünməmək naminə ABŞ-nin siyasətini açıq şəkildə tənqid etməkdən çəkiniblər. İki il ərzində təkcə öz müstəqilliklərinin qorunması üçün deyil, bütün Avropanın təhlükəsizliyi naminə ölüm-dirim savaşı aparan ukraynalılar belə biabırçı münasibəti anlaya bilmədiklərini söyləməyə başlayıblar.
Halbuki, hələ müharibə başlamamışdan öncə Ukrayna tərəfi kollektiv Qərbdən İsrail kimi hava hücumundan müdafiə şəbəkəsi yaradılmasını tələb etməyə başlayıb. Əvəzində "sizə silah versək, Rusiyanı vurarsınız" kimi cavablar alıblar. Üstəlik, hərbi yardımın ayrılması kimi həyati əhəmiyyət daşıyan məsələ ABŞ-nin Konqresində ilişib qalır, silah-sursatların göndərilib-göndərilməməsi ilə bağlı danışıqlar "alver predmetinə" çevrilir.
Emmanuel Makron kimi başabəla dövlət başçıları isə NATO ölkələri qoşunlarının Ukraynaya göndərilməsi təklifi ilə bir müddət baş qatırlar. Sonra məlum olur ki, Fransa Ukraynanın silah-sursatla təmin edilməsində 15-ci yerdə gedir. Halbuki, son iki il ərzində, məhz Ukrayna-Rusiya savaşı başlayandan sonra Fransa silah satışı sahəsində ən çox gəlir qazanan ölkələrdən birinə çevrilib. İndi Fransa bu məsələdə hətta Rusiyanı da üstələyib. Çünki silah satışında dünya üzrə ABŞ-dən sonra ikinci, Avropa üzrə birinci yeri tutub.
Həmin mühüm anlarda isə Ukraynada hərbçilər və dinc əhali rus işğalçılarının yağdırdığı bombalar altında məhv olur, Ukraynanın demoqrafiyasına misli-görülməmiş zərbələr endirilirdi.  ABŞ-nin yardımının gecikməsi qəsbkar Rusiyanı gücləndirir, çünki Ukraynanın bəzi əraziləri yenidən ruslar tərəfindən ələ keçirilir.
Ukraynanın ikinci ən böyük şəhəri, Rusiya tərəfdən ağır bombardmana məruz qalan Xarkovun meri bildirib ki, İsrail tipli müdafiəni ancaq xəyal edə bilər.
"İnsanlar ABŞ-yə qıcıq hiss etməyə başlayıblar", – deyə Odessa Milli Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru və dosent Vladimir Dubovik vurğulayıb. Onun sözlərinə görə, Birləşmiş Ştatlar "hərbi münaqişənin ilk iki ilində Ukrayna üçün həlledici amil olub, lakin indi, əlbəttə ki, böyük düşüş var".
ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst hesab edir ki, ölkəsi Ukraynaya münasibətdə qorxaqlığa yol verir. "Ukraynaya münasibətdə bunu niyə etmədiyimizi Amerikanın qorxaqlığından başqa heç nə izah edə bilməz. Bayden Putinin daimi nüvə təhdidlərindən qorxur. Biz nüvə fövqəldövləti deyilmiş kimi davranırıq".
Bu arada Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ölkəsinin hava hədəflərinin vurulmasında Ukraynaya kömək etməyəcəyini bəyan edib. "Birləşmiş Ştatlar Ukraynaya İranın hücumu zamanı İsrailə kömək etdiyi kimi hava hədəflərini tutmaqda kömək etməyəcək, çünki onlar müxtəlif münaqişələrdir. Bilirdim ki, bu sual yaranacaq. Bunlar müxtəlif  münaqişələr, müxtəlif hava məkanları, müxtəlif təhdidlərdir. Prezident Ukraynadakı münaqişənin əvvəlindən ABŞ-nin bu münaqişədə döyüşçü rolunda iştirak etməyəcəyini açıq şəkildə bildirmişdi".
Çexiya hökumətinin üzvləri isə eyni məsələyə fərqli yanaşmaya etirazlarını bildiriblər. ABŞ, Fransa və İngiltərənin İsrailə doğru uçan İran pilotsuz təyyarələrini və raketlərini vurmağa başlayanda "eskalasiyadan" qorxmadıqlarına diqqəti cəlb edən çex siyasətçiləri Ukraynanın da belə güclü müdafiəyə layiq olduğunu xatırladıblar.
"Ayətullahların İsrailə gecə hücumu çevik beynəlxalq reaksiya və hava məkanını müdafiə etmək istəyi sayəsində dəf edildi. Təəssüf ki, biz Ukrayna üzərindəki hava məkanını eyni qətiyyətlə müdafiə etmirik", – deyə Çexiyanın Avropa İttifaqı işləri üzrə naziri Martin Dvorjak sosial şəbəkədə yazıb.
Xatirə SADİQ,
KONKRET.az

Siyasi       Tarix: 16 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu


azerbaycan xeberleri son xeberler yeni xeberler novruz bayramı cəbhədən son dəqiqə xeberler az en son xeber