Bakıda təmir zamanı tarixi abidəyə zərər vuruldu, yağış suyu evlərə doldu - Fotolar

Bakıda təmir zamanı tarixi abidəyə zərər vuruldu, yağış suyu evlərə doldu - FotolarBakıda təmir zamanı tarixi abidəyə zərər vurulub.
KONKRET.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş yaşayış binasının yaxınlığında 2023-cü ildə "VEST PARK" MMC tərəfindən yeni yaşayış binasının tikintisinin aparılması planlaşdırılıb.
"Tarixi abidənin yaxınlığında tikinti işləri aparılacağı üçün yeni inşa olunacaq binanın layihəsinə baxılması məqsədilə 29 avqust 2023-cü il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət ünvanlanıb. 
Dövlət Xidmətinin 5 sentyabr 2023-cü il tarixli cavab məktubunda planlaşdırılan tikinti nəticəsində sözügedən tarixi abidəyə təhlükə yarana biləcəyi nəzərə alınaraq, mümkün risklərin qarşısının alınması məqsədilə sözügedən şirkətin vəsaiti hesabına tarixi binada təmir-bərpa işlərinin həyata keçirilməsi tələb olunub.
7 noyabr 2023-cü il tarixində binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətində və dam örtüyündə təmir-bərpa işlərinin layihəsi hazırlanmış və qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb, Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra şirkət tərəfindən bərpa işlərinə başlanılıb.
Lakin təmir-bərpa işlərinin gedişi zamanı təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozulub".
Əlavə olunub ki, Dövlət Xidmətinə təqdim edilərək razılaşdırılan layihədə mövcud dam örtüyünün (ruberoid) saxlanılması nəzərdə tutulduğu halda, şirkət tərəfindən həmin örtük yeni metal kirəmit tipli konstruksiya ilə əvəz edilib, damda yerləşən tüstü və havalandırma bacaları tamamilə qapadılıb və quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlılığına əlavə təhlükə yaradıb:
"Bu səbəbdən də Dövlət Xidməti tərəfindən işlər dayandırılıb, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli Qərarı ilə "VEST PARK" MMC təqsirli hesab edilib.
Abidənin tarixi görkəminə qaytarılması tələbinə "VEST PARK" MMC tərəfindən layihədən kənar quraşdırılmış dam örtüyü sökülüb və zədələnib. Nəticədə yağan yağış suları sakinlərin mənzillərinə dolub.
Binanın dam örtüyünün şirkət tərəfindən tezliklə təmir edilməsi üçün aidiyyəti üzrə tədbirlər görüləcək".
Bakıda təmir zamanı tarixi abidəyə zərər vuruldu, yağış suyu evlərə doldu - FotolarBakıda təmir zamanı tarixi abidəyə zərər vuruldu, yağış suyu evlərə doldu - Fotolar

Siyasi       Tarix: 07 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib

Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və digər partlayıcı müharibə qalıqları ilə çirklənib. İndiyədək həmin ərazilərin yalnız 24,3 faizi təmizlənib. xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyini

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan və Azərbaycan neft sənayesi və energetika ilə yanaşı, investisiya əməkdaşlığını digər sahələrə də inkişaf etdirmək barədə razılığa gəliblər. xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşanka

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Birinci Komitənin (Silahsızlanma və Beynəlxalq Təhlükəsizlik Komitəsi) adi silahlarla bağlı tematik müzakirələrində Azərbaycanın işğaldan azad edilmiş ərazilərd

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin

Türkiyə ilə Azərbaycan arasında gərginlik yaradanlar türk düşmənləridir. Bunlar molla rejiminin həm İrandakı, həm də Türkiyədəki tərəfdarlarıdır. Bu, İran əməliyyatıdır. Təəssüf ki, həm Türkiyədə, həm də Azərbaycanda bu moll

Bakının tənqid edən Ankara bura qoşun göndərir – İnanılmaz

Türkiyə İsraillə müharibəyə girmək üçün Qəzzaya ordu yeridir!. Yaxşı, yaxşı, zarafat elədim. Belə bir qərar yoxdur, olacağı da gözlənilmir. Amma əvəzində Türkiyə şiə husilərə qarşı mübarizə üçün Səudiyyə Ərəbistanına qoşu

Uitkoff Sankt-Peterburqa gəldi

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Sankt-Peterburq şəhərindədir. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, Uitkoffun Rusiya Prezidenti Vladimir Putinə ABŞ Prezidenti Donald Tram

Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı

"Bəzən belə hallar baş verir. Azərbaycanlı çoban asanlıqla yolu aza bilər. Eyni vəziyyət bizim tərəfimizdən də yaşana bilər. Hər iki tərəf bu cür hadisələrə konstruktiv şəkildə yanaşır". KONKRET.azoxuaz-a istinadə

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa İttifaqının bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşüb. xəbər verir ki, Elçi

Prezident qızları bir arada - Foto

Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəs


yeni xeberler azerbaycan xeberleri son xeberler oxu.az xeberler xeber.az bu gun bu gune olan xeberler xəbərlər