AXCP ləğv ediləcək, Kərimlinin özü isə... - SENSASİON DETALLAR
AXCP sədri Əli Kərimli barəsində irəli sürülən ittihamlar fonunda partiyanın taleyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Bəs, Əli Kərimlinin partiyası ləğv edilə bilərmi?
Mövzuya siyasi şərhçi Cavanşir Abbaslı KONKRET.az-a açıqlamasında münasibət bildirib.
Cavanşir Abbaslı
Cavanşir Abbaslının sözlərinə görə, Əli Kərimlinin rəhbərlik etdiyi partiyanın ləğvi üçün hüquqi əsaslar formalaşıb:
"Əli Kərimlinin barəsində irəli sürülən maddələr kifayət qədər ciddi xarakter daşıyır və bu ittihamlar partiyanın ləğvinə hüquqi zəmin yaradır. O, hakimiyyəti ələ keçirmə və Konstitusiyanı dəyişdirməyə cəhd ittihamları ilə həbs olunub. Bu isə rəhbərlik etdiyi təşkilatın gələcək fəaliyyətinə birbaşa təsir edən amildir".
Ekspert əlavə edib ki, AXCP-nin son qurultayının sənədlərinin Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməməsi partiyanın hüquqi durumunu daha da mürəkkəbləşdirib:
"Partiya dövlət qeydiyyatında olsa da, qurultayın nəticələri təsdiqlənmədiyi üçün Əli Kərimli faktiki olaraq AXCP-nin rəsmi sədri kimi qeydə alınmırdı. Ətrafına özünü sədr kimi təqdim etsə də, hüquqi reallıq fərqli idi. Əgər bu proseslər baş verməsəydi, yaxın aylarda yenidən qurultay keçirilməsi gözlənilirdi".
Cavanşir Abbaslı bildirib ki, hazırkı ağır ittihamlar fonunda AXCP-nin dövlət qeydiyyatının ləğvi real görünür:
"Gedişata baxdıqda böyük ehtimalla yaxın aylarda, hətta gələn ilin əvvəlində belə, AXCP-nin dövlət qeydiyyatının ləğv edilməsi mümkündür".
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib