İsrailli politoloq: "Azərbaycan bizim üçün çox ciddi tərəfdaşdır
İsrailli politoloq: "Azərbaycan bizim üçün çox ciddi tərəfdaşdır"
Azərbaycan bizim üçün çox ciddi tərəfdaşdır. Hesab edirəm ki, İsraildə parlament seçkilərinin nəticələrinə baxmayaraq, strateji xətt dəyişməyəcək.
Caliber.Az-ın məlumatına görə, bunu tanınmış israilli şərqşünas, Yerusəlim Yəhudi Universitetinin əməkdaşı dr.Vladimir Mesamed İsraildə seçkilərin nəticələri və Azərbaycan-İsrail münasibətlərindən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan İsrailin ən böyük neft tədarükçüsü və silah alıcısıdır.
"Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz İranla qonşuluq edir. Bu çox vacibdir və nəzərə alınır", - deyə ekspert əlavə edib.
V.Mesamed B.Netanyahunun nüfuzunun İsraildə yüksək olduğunu vurğulayıb.
"Əhalinin koronavirusa qarşı peyvənd edilməsi onun şəxsi xidmətidir, bunu hamı bilir. Qlobal böhrana baxmayaraq ölkə iqtisadiyyatı inkişaf edir. Onun hökumətin başında qalma şansı yüksəkdir, bu da xarici siyasətdə, o cümlədən Cənubi Qafqazda böyük dəyişiklik gözlənilməməsi deməkdir".
Ekspert həmçinin mart ayında İsraildə erməni icmasının təşkil etdiyi iki etiraz aksiyasına da münasibət bildirib. Xatırladaq ki, nümayişçilər İsrail silahlarının Azərbaycana tədarükünə etiraz edirdilər.
"… Siz Bakıda olduğunuz halda bu aksiyalar barədə məndən - İsraildə yaşayandan çox bilirsiniz (gülür). İnsanlar fikirlərini bildirmək hüququndan istifadə edirlər, amma onların nəyəsə ciddi şəkildə təsir edə biləcəklərini söyləməzdim. Keçən payızda - Qarabağda müharibə zamanı daha çox nəzərə çarpan nümayişlər oldu, lakin bunlar da heç nəyə təsir etmədi", - deyə şərqşünas bildirib.
O, İsrailin öhdəliklərini və imzalanan müqavilələri yerinə yetirən ölkə olduğunu vurğulayıb.
"Üstəlik biz müharibəyə deyil, tərəfdaşlarımıza silah verdiyimizə inanırıq", - deyə V.Mesamed sözlərini yekunlaşdırıb. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi