İstanbulda iki aylıq SU QALDI - FOTOLAR
İstanbulu təmin edən su anbarlarında cəmi iki aylıq su qalıb. Quraqlıq davam edərsə, Türkiyənin ən böyük şəhərinin vəziyyəti kritikləşəcək.
KONKRET.azyerli KİV-ə istinadən xəbər verir ki, hazırda şəhərdə 91 günlük su ehtiyatı var, lakin dörddə biri buxarlansa, su təchizatı cəmi 61 gün davam edəcək.
Qeyd olunub ki, hazırda su anbarlarının doluluq səviyyəsi 33,37 faiz (təqribən 289 milyon kubmetr ) təşkil edir. Son iki həftə ərzində şəhərdə gündə orta hesabla üç milyon kubmetr su istehlak edilib.
Xatırladaq ki, 2014-cü ildə İstanbulda vəziyyət daha pis idi. O zaman su anbarları 17 faiz dolu idi. Sonrakı illərdə bu, 52 faiz səviyyəsindən aşağı düşməyib.
Eyni zamanda, şəhərin on su anbarının yarısı kritik dərəcədə dayazlaşıb. Belə ki, ehtiyatların 80%-dən çoxu üç su anbarında cəmlənib.
Sinoptiklər də nikbin proqnozlar vermirlər. Onların sözlərinə görə, yaxın 10 gündə İstanbulda yağıntı olmayacaq, havanın temperaturu 30 dərəcədən aşağı düşməyəcək. Artıq vətəndaşları suya qənaət etməyə çağırırlar.
Qeyd edək ki, son on ildə 200 milyon insan iqlim dəyişikliyi səbəbindən evlərini tərk edib. Alimlərin fikrincə, 30 ildən sonra iqlim qaçqınlarının sayı bir milyard nəfərə çatacaq.
İqbal Rzayev,
KONKRET.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu