İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi AÇIQLANDI
İsveçrədə dondurulmuş Rusiyanın şəxsi aktivlərinin həcmi 8,6 milyard dollar təşkil edir.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) sözçüsü Fabian Mayenfiş bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin dekabrında İsveçrə rəsmiləri vəsaitin həcmini təxminən 8 milyard dollar qiymətləndirib:
"Yeni bloklanmış aktivlər daim görünür, digərləri isə blokdan çıxarılır. Bizim dəqiqləşdirmələrimiz göstərdi ki, vəsait bloklanmamalıdır. Banklar bəzən ehtiyat tədbiri olaraq vəsaitləri bloklayırlar".
Mətbuat katibi bildirib ki, İsveçrə Avropa İttifaqında (Aİ) Rusiya Mərkəzi Bankının aktivlərindən Ukraynanın bərpası üçün istifadə imkanlarının müzakirəsini izləyir. O, İsveçrə hökumətinin bu təşəbbüsə qoşulub-qoşulmayacağını açıqlamayıb.
Məlumata görə, Aİ Rusiyanın bütün aktivlərini qanuni olaraq ələ keçirə bilməyəcəyi qənaətinə gəlib. Avropa Mərkəzi Bankı da bu halda Avropanın üzləşəcəyi risklər barədə xəbərdarlıq edib. İyul ayında Niderland hökuməti Aİ-nin Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə hələ hazır olmadığını təsdiqləyib.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi