İtaliya mətbuatı: "Azərbaycanın Birinci vitse-prezidenti, xalqa xidmət nümunəsi

İtaliya mətbuatı: "Azərbaycanın Birinci vitse-prezidenti, xalqa xidmət nümunəsiİtaliya mətbuatı: "Azərbaycanın Birinci vitse-prezidenti, xalqa xidmət nümunəsi"
İtaliyanın "Giornale Diplomatico" onlayn qəzetində "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, xalqa xidmət nümunəsi" və "Agenzia Nova" xəbər agentliyinin saytında "Birinci vitse-prezidentin Azərbaycan-İtaliya əlaqələrinin gücləndirilməsinə vacib töhfəsi" adlı məqalələr dərc olunub.
Azərbaycan Respublikasının İtaliyadakı səfirliyindən verilən məlumata görə, məqalələrdə qeyd olunur ki, Qafqazın "şahmat lövhəsində" yeri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu gün doğum günüdür. 1918-ci ildə qadınlara səs vermək hüququnu tanıyan bir ölkəni tərənnüm edən, böyük şəxsiyyət xanım Mehriban xanım Əliyeva 2005-ci ildən millət vəkili olmuş, UNESCO və ISESCO kimi təşkilatların xoşməramlı səfiridir. İdman aləmində gördüyü işlərə görə tanınır, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir və onun rəhbərlik etdiyi komitə tərəfindən Azərbaycanın paytaxtı Bakı şəhərində 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları böyük uğurla təşkil edilmişdir.
Habelə yazılarda bildirilir ki, Mehriban Əliyeva xalqın iradəsi və Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramın ifadəsi kimi təsis edilmiş Heydər Əliyev Fondunun prezidentidir. Fond yeni cəmiyyətin qurulmasında fəal iştirak edir və təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ətraf mühit , sosial və digər sahələrdə müxtəlif layihələr vasitəsi ilə ölkənin sosial və iqtisadi inkişafına töhfə verir. Fond, həmçinin Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində də fəal iş aparır. Bu xüsusda, çoxsaylı layihələri, mədəni və tarixi irsinin bərpası və qorunması, o cümlədən Müqəddəs Marçellinio və Müqəddəs Pietro katakombalarının və Romanın Kapitolini Muzeyinin Filosoflar zalının bərpası layihələri daxil olmaqla Azərbaycanın İtaliya və Müqəddəs Taxt-Tacla hazırkı yüksək səviyyəli münasibətlərinə böyük rol oynayır.
Yazılarda vurğulanır ki, Azərbaycanın Birinci vitse-prezidenti İtaliya və Azərbaycan arasındakı strateji tərəfdaşlığın möhkəmləndirilməsinə də mühüm töhfələr vermişdir.  2018-ci ildə ilk rəsmi səfərini İtaliyaya həyata keçirərək İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Senatın sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşmüş, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Senatda və Romanın Milli Müasir və Çağdaş İncəsənət Qalereyasında təşkil olunmuş tədbirlərdə iştirak etmişdir.
Həmçinin qeyd olunur ki, xanım Mehriban Əliyeva 2018-ci ildə  Azərbaycan və İtaliya arasındakı münasibətlərin inkişafına verdiyi töhfələrə görə İtaliya Respublikası Prezidenti tərəfindən İtaliya Respublikasının "Xidmətlərə görə" Böyük Xaç Kavaleri ordeni ilə təltif edilmişdir.  Onun eyni zamanda Azərbaycan və Müqəddəs Taxt-Tacla münasibətlərində də böyük rolu var, Taxt-Taca çoxsaylı səfərlər etmiş və 2020-ci ildə Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan - IX Piy Ordeninin Böyük Xaçı ilə (Dama di Gran Croce dell"ordine Piano) təltif edilmişdir.
Sözügedən yazılarla aşağıdakı keçidlərdə tanış ola bilərsiniz /oxu.az

Siyasi       Tarix: 27 avqust 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun hava xeber.az bu gun xəbər az