İtaliya saytı Xocalı soyqırımından yazıb
İtaliyanın "Kmetro0" saytı Xocalı soyqırımı haqqında məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, yazıda fevralın 26-da Azərbaycanın Xocalı şəhərində 32 il əvvəl törədilmiş qətliamın ildönümünün qeyd olunacağı bildirilir. Xocalı qətliamının Qarabağ müharibəsində ən ağır hərbi cinayət və müasir Avropa tarixində ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edilir. Vurğulanır ki, həmin gecə 613 mülki azərbaycanlı, o cümlədən 200-dən çox qadın və uşaq amansızlıqla qətlə yetirilib. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini işğal edib etnik təmizləmə aparmasından sonra 1 milyona yaxın azərbaycanlı məcburi köçkün kimi yaşamağa məcbur olub.
Yazıda Xocalı dəhşətinin canlı şahidi Dürdanə Ağayevanın fikirlərinə də yer verilib. O, öz hekayəsini, həmin gecə və daha sonra əsir düşdüyü vaxt yaşadıqlarını danışıb. Erməni əsgərləri tərəfindən işgəncələrə məruz qaldığını, döyüldüyünü və təhqir olunduğunu deyib.
Dürdanə Ağayeva 30 ildən artıqdır ki, sürgün edildiyi doğma şəhəri Xocalıda Azərbaycan Prezidenti İlham ƏliyevinAzərbaycan bayrağını ucaltdığını xatırladıb. O, Qarabağ küləyində dalğalanan bayrağı seyr etməyin möcüzə olduğunu, Xocalının sağ qalan sakinlərinin tezliklə doğma şəhərlərinə qayıdacağını bildirib. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR