İtaliya Super Kubokunun qalibi müəyyənləşdi
"Yuventus" klubu tarixində 9-cu dəfə İtaliya Super Kubokunun sahibi olub.
Publika.az xəbər verir ki, Turin komandası bu nailiyyəti "Napoli" üzərində qələbə sayəsində əldə edib - 2:0. Reco-Emiliya şəhərindəki "Mapey" stadionunda təşkil olunmuş qarşılaşmada ilk qolu 64-cü dəqiqədə Kriştianu Ronaldu vurub. 36 yaşlı forvard karyerasında 760-cı qolu vuraraq, çexiyalı Yozef Bitsanın müəyyənləşdirdiyi mütləq rekordu arxada qoyub. Bitsan 1931 - 1955-ci illərdə 759 qol vurub.
"Napoli"nin bu qola 80-ci dəqiqədə cavab vermək imkanı olsa da, Lorentso İnsinye penaltidən fərqlənə bilməyib. Əvəzində 90+6-cı dəqiqədə Alvaro Morata yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, "Yuventus" İtaliya Super Kubokunu sonuncu dəfə 2018-ci ildə qazanıb.

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu