İtaliyada bir mafiya bütünlüklə məhv edildi: 109 nəfər həbs olundu
Bir gün əvvəl İtaliya polisi Kalabriya mafiya təşkilatı "Ndrangheta"ya qarşı keçirdiyi reyd zamanı 109 şübhəlini saxlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, daha 20 nəfər ev dustaqlığına buraxılıb, 13 şübhəli barəsində isə digər qətimkan tədbirləri tətbiq edilib. Saxlanılanların əksəriyyəti İtaliyanın cənubundakı Kozenza şəhərindəndir.
Məlumata görə, iqtisadi cinayətlər üzrə ixtisaslaşmış polis əməkdaşları və müstəntiqlərdən ibarət qrup Kalabriya bölgəsindəki Catanzaro kommunasına göndərilib. Polisin məlumatına görə, əməliyyat zamanı İtaliya gömrük və maliyyə polisinin əməkdaşı da saxlanılıb.
"Ndrangheta" İtaliyada ən nüfuzlu müasir mafiya qruplarından biri hesab olunur. O, silah, insan alveri və narkotiklərlə məşğul olur və milyardlarla dollarlıq dövriyyəyə malikdir. 2016-cı ildə onun üzvləri 2012-ci ildə baş verən iki dağıdıcı zəlzələdən sonra İtaliyanın şimalında tikinti biznesi və daşınmaz əmlak əməliyyatlarında fırıldaqçılıqda ittiham olunurdular.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi