İtaliyanın aparıcı KİV-ləri Prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsini yayıb - FOTO

İtaliyanın aparıcı KİV-ləri Prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsini yayıb - FOTOİtaliyanın aparıcı KİV-ləri Prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsini yayıb - FOTO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın nüfuzlu "Askanews" xəbər agentliyinə müsahibə verib.
AZƏRTAC xəbər verir ki, müsahibə ayrıca olaraq istər video, istərsə də yazılı şəkildə "Askanews" agentliyinin internet səhifəsində yerləşdirilib. Həmin müsahibə İtaliyanın "Il Sole 24 Ore", "Affari Italiani", "Il Tempo", "Libero Quotidiano", "Quotidiano", "Giornale d"Italia", "MSN", "Notizie Tiscali", "Today.it", "Notizie Yahoo", "Finanze Yahoo", "Timgate" və digər çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.
Hikmət Hacıyev "İtaliya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda vacib rola malik ola bilər", - deyə bildirib. Atəşkəslə bağlı beynəlxalq çağırışların çoxaldığı və beynəlxalq ictimaiyyətin Moskvada Azərbaycan və Ermənistan arasında keçirilən ilk görüşün qısa zamanda atəşkəsə nail olunacağına ümid edildiyi ərəfədə Prezidentin köməkçisi Şuşada kilsənin və mülki əhalinin bombalanması ittihamlarını rədd edib. O, müsahibəsində toqquşmaların dayandırılması üçün Azərbaycanın şərtlərini bir daha diqqətə çatdırıb.
Münaqişənin həlli üçün Ermənistandan öz işğalçı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını və qoşunların çıxarılması ilə bağlı cədvəlin təqdim edilməsini gözlədiklərini qeyd edən Hikmət Hacıyev münaqişədə məsuliyyəti Ermənistanın daşıdığını bildirib. Şuşada kilsənin bombalanması ilə bağlı ittihamlara gəldikdə, Prezidentin köməkçisi bunun bir erməni təbliğatı olduğunu deyib.
"Azərbaycan xristian icması olan multikultural ölkədir və biz öz xristian irsimizlə fəxr edirik. Azərbaycan ordusu dini binaları, kilsələri və digər dini təsisatları hədəfə almır", - deyə o vurğulayıb.
Hikmət Hacıyev qeyd edib ki, baş verənlərlə bağlı Ermənistan çoxlu ziddiyyətli məlumatlar təqdim edib:
"Hər şeydən öncə onlar deyirlər ki, bu, raket hücumudur. Kiləsinin tavanı dağılıb. Lakin kilsənin daxilindəki ikonalara zərər dəyməyib. Əgər bu raket zərbəsi olsaydı kilsənin daxilinə də zərər yetirərdi. Nəticədə, Ermənistan baş verənlərdən Azərbaycana qarşı təbliğat kimi istifadə edərək bütün dünya xristianlarını qəzəbləndirməyə səy göstərir. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra işğal edilmiş ərazilərdə bütün kilsələr və dini binalar bərpa ediləcək. Biz münaqişədə dinin istifadə edilməsinə qarşıyıq və baş verənlərlə bağlı bir daha bütün dünya xristianlarına təəssüfümüzü ifadə edir, lakin bunun nə Azərbaycan xalqının, nə də Azərbaycan dövlətinin günahı olmadığını bildiririk".
Prezidentin köməkçisi münaqişənin həllinə münasibətdə beynəlxalq ictimaiyyətin, Rusiya və Türkiyənin, eləcə də xüsusi olaraq Cənubi Tirol modeli tətbiq edilmiş İtaliyanın roluna toxunub. O deyib ki, Türkiyə və Rusiya hər ikisi bizim qonşularımızdır və hər ikisi vəziyyətin gərginləşməsinə görə narahatdır. Bu ölkələri Avrasiya qitəsində vacib aktorlar hesab edirik. Onlar münaqişənin tam və qlobal həllinə töhfə vermək iqtidarındadırlar ki, bu da Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması və Ermənistanın işğalına avtomatik son qoyulması anlamına gəlir.
Hikmət Hacıyev deyib ki, sentyabrın 27-də hərbi əməliyyatların başlanmasından sonra ilk dəfə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri görüşürlər:
"Beynəlxalq ictimaiyyət ən qısa zamanda atəşkəsin elan edilməsinə və 30 ilə yaxındır Qafqaz regionunu qeyri-sabit vəziyyətə salan münaqişə üzrə sülh prosesinin başlanmasına ümid edir. İnanırıq ki, İtaliya Minsk qrupunun üzvü kimi çox vacib rola malik ola bilər. Minsk qrupunun ilk sədri italiyalı Mario Raffaelli olub. O, çox yaxşı institusional yaddaş saxlayıb. Onunla gələcək format barədə müzakirələr etmişik.
Bizim üçün İtaliya modeli, Cənub Tirol çoxmədəniyyətli və linqvistik modeli ən yaxşı modeldir. Düşünürük ki, bu model Ermənistan və Azərbaycan münaqişəsinə də tətbiq edilə bilər. Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra ermənilər və azərbaycanlılar sülh şəraitində Azərbaycan sərhədləri çərçivəsində muxtariyyət altında birgə yaşaya bilərlər. İtaliya, eyni zamanda, Avropa İttifaqının məsuliyyətli üzvüdür və Azərbaycanın strateji tərəfdaşıdır. Gözləntimiz İtaliyanın daha vacib rolu həyata keçirməyə davam etməsidir", - deyə Prezidentin köməkçisi fikirlərini yekunlaşdırıb.
İtaliyanın aparıcı KİV-ləri Prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsini yayıb - FOTOİtaliyanın aparıcı KİV-ləri Prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsini yayıb - FOTOİtaliyanın aparıcı KİV-ləri Prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsini yayıb - FOTOİtaliyanın aparıcı KİV-ləri Prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsini yayıb - FOTOİtaliyanın aparıcı KİV-ləri Prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsini yayıb - FOTOİtaliyanın aparıcı KİV-ləri Prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsini yayıb - FOTOİtaliyanın aparıcı KİV-ləri Prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsini yayıb - FOTOİtaliyanın aparıcı KİV-ləri Prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsini yayıb - FOTOİtaliyanın aparıcı KİV-ləri Prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsini yayıb - FOTO

Siyasi       Tarix: 10 oktyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az