İtalyan senator: "Ölkəmizin Azərbaycanda strateji maraqları cəmləşir
İtalyan senator: "Ölkəmizin Azərbaycanda strateji maraqları cəmləşir"
"İtaliya Senatında "İrəli İtaliya" siyasi qrupunun üzvü senator Urania Papatheu İtaliya mətbuatına açıqlamasında bildirib ki, Ermənistan tərəfindən heç bir əsası olmayan təcavüzə məruz qalan Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən tanınır və dəstəklənir. İtaliya müharibənin sona çatmasından sonra vəziyyətin mütəmadi normallaşması istiqamətində Azərbaycana kömək etməli və dəstək göstərməlidir".
Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.
"İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir, azərbaycanlılar İtaliyanı sevən bir xalqdır, bu baxımdan İtaliyanın Azərbaycanla münasibətlərini yeni istiqamətlər üzrə möhkəmləndirməsi vacibdir", - deyə Papatheu bildirib.
İtalyan senator əlavə edib ki, işğal olunmuş ərazilərin Azərbaycana geri qaytarılmasını nəzərdə tutan proses İtaliya tərəfindən dəstəklənməlidir və bu, yeni, qarşılıqlı və strateji perspektivlər baxımından yalnız başlanğıc təşkil edir.
"İtaliya yalnız neft və qazla deyil, habelə sinerji və qarşılıqlı əlaqə imkanları üçün insan resursları və mədəni yaxınlıqlar baxımından da zəngin olan Azərbaycan ilə ortaq bir yolun fəal iştirakçısı olmalıdır", - deyə italyan senator fikirlərini tamamlayıb. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."