İtkin düşən balıqçılar İrandadır - "Atası ora gedib, amma..."
"Deyilənlərə görə, İran tərəfi hər iki balıqçını xilas edib, indi ordadırlar".
KONKRET.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a Astara rayon Şahağac kənd sakini Elçin Əsadullayev deyib.
O, Astarada dənizdə itkin düşən 2 balıqçı – Turan və Ağadədə Həsənovlara dair rəsmi məlumatın olmadığını vurğulayıb:
"İtkin düşən balıqçılardan birinin – Ağadədə Həsənovun atası hazırda İrandadır. Lakin o da hələlik oğlunu görə bilməyib.
Maraqlısı odur ki, əgər balıqçılar İran səlahiyyətlilərinin əlindədilərsə, niyə bizimkilərə göstərmirlər. Hələ heç dəqiq bilmirik ki, onlardır, ya yox. Harada saxlanıldıqları haqqında da məlumatsızıq".
Xatırladaq ki, dekabrın 10-u səhər saatlarında Xəzər dənizində 2 balıqçı itkin düşüb. Onlar Astara rayonunun Şahağac kəndindən balıq tutmaq üçün dənizə çıxıb və geri qayıtmayıblar.
Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.
Axtarışlara helikopterlər də cəlb olunub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?