İtkin əsgərlərin valideynləri AYAĞA QALXDI: İrəvan SİLKƏLƏNİR - VİDEO
İtkin düşmüş erməni əsgərlərinin valideynləri Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirir.
Publika.az xəbər verir ki, etirazçılar müdafiə naziri David Tonoyanla və ya baş qərargah rəisi Onik Qasparyanla görüşməyi tələb edir.
Onlar səlahiyyətli şəxslərə "Uşaqlarımızı geri gətirin, onlar haradadır?" tipli suallar ünvanlayır.
"Sputnik Ermənistan" Müdafiə Nazirliyinin binası yaxınlığında vəziyyətin gərgin olduğunu xəbər verir. Çünki əsgər yaxınları olan qadınlara kişilər də dəstək verməyə başlayıb. Müdafiə Nazirliyinin inzibati binasının girişi polislər tərəfindən bağlanıb.
Əsgər valideyni Qarik Mkhitaryan "Uşaqlarımız haradadır? Uşaqlarımızı geri qaytarın! Niyə siyahıların heç birində yoxdurlar?" deyərək üsyan edib. Bildirib ki, oğlu avqust ayında orduya çağırılıb. Müvafiq təcrübələri olmadan Qarabağdakı müharibədən əvvəl cəbhə bölgəsinə göndərilib. İndi oğlu haqqında heç bir məlumatı yoxdur, siyahıların heç birində onun adıyoxdur.
Digər bir valideyn Artur Kirakosyan oktyabrın 10-dan bəri oğlu haqqında heç bir xəbərinin olmadığını söyləyib: "Yalnız o yox, bütün batalyon da yoxa çıxıb. Cəbrayıl və Martuni arasındakı ərazidə itiblər".
Zümrüd
f Paylaş
Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək