"İvanovka", yoxsa "Süd məhsulları" turu? - Turizmin bələdçi problemi

"İvanovka", yoxsa "Süd məhsulları" turu? - Turizmin bələdçi problemi
Bələdçilər getdikləri məkanın tarixini, mədəniyyətini, adət-ənənəsini, təbiətini, o cümlədən turistlərlə ünsiyyət qurduğu dili mükəmməl bilməlidirlər. Bu baxımdan, onlara yalnız kitab və ya internet bilikləri kifayət etmir.
Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.
Tez-tez yerli turizm şirkətlərinin ölkəmizin müxtəlif bölgələrinə tur elanları ilə qarşılaşmaq olur. "Laləlik turu", "Qızılgül turu", "Lavanda turu" və s. kimi cəlbedici adlar da düşünülür.
Ötən həftə "Nərimanov" metrostansiyası yaxınlığından yola çıxan turistlər də turizm şirkətlərindən birinin elan etdiyi "İvanovka-Laləlik turu"na qoşuldular. Avtobus karvanında yerli sakinlərlə yanaşı xarici ölkələrdən olan turistlərin də olması heç şübhəsiz bölgələrimizə maraqdan xəbər verirdi.
Səyahət həvəskarları avtobuslarda tur bələdçilərinin və ya tur rəhbərlərinin fəaliyyətinə yaxşı bələddirlər. Bu baxımdan, onlar üçün xidmətin keyfiyyəti ilə bağlı müqayisə aparmaq çətin deyil. 
Bələdçi (tur rəhbərləri, turizm təlimatçısı və s.) ekskursiyanın (proqramın) əsasını təşkil edir. Turda olan hər bir insan məlumat axtarır, lakin tarixlərin, rəqəmlərin və faktların axını ilə yanaşı, müsbət emosiyalar almaq, bir az əylənmək və tətilini şaxələndirmək istəyir. Bələdçilər "bələdçilik etdiyi" məkanın tarixini, mədəniyyətini, adət-ənənəsini, təbiətini, o cümlədən turistlərlə ünsiyyət qurduğu dili mükəmməl bilməlidirlər. Bu baxımdan onlara yalnız kitab və ya internet bilikləri kifayət etmir. "Yaxşı bələdçi "universal əsgər"dir" deyimi də bu baxımdan formalaşıb.
Təəssüf ki, "Necə yaxşı bələdçi olmaq olar?" sualı bizim bir çox turizm şirkətləri tərəfindən təşkil edilən daxili turlara çıxanlar üçün hələ də cavabsızdır.
Ötən həftə iştirakçısı olduğum "İvanovka-Laləlik turu" zamanı marşrutun adının dəyişdirilməsi, yol boyu sanitar qovşaqların yararsız və natəmiz olması, turistlər üçün zəruri vasitələrin yoxluğu və s. kimi hallarla rastlaşdıq. Bütün bunlar turizm xidməti sahəsində hələ çox işlərin görülməsinə ehtiyac olduğunu göstərdi. Havanın yağışlı olması bu sferadakı çatışmazlıqları daha qabarıq üzə çıxardı.
Turistlər "İvanovka turu"na çıxsalar da, yolda avtobus onların rəyləri soruşulmadan "Lahıc"a tərəf yol aldı. Tur yalnız öz adət-ənənəsi ilə fərqlənən molokanların təsərrüfatı, həyat tərzləri ilə tanışlıq, həmçinin laləlik sahələr üçün nəzərdə tutulsa da, sonda avtobus İvanovkaya yalnız Matveyin və Kolyanın evlərində turistlərə təklif etdikləri süd məhsullarını almaqdan ötrü məşhur kəndə yola düşdü. Nəticədə, turistlər İvanovkada maksimum 30 dəqiqə vaxt keçirdilər. Tura çıxanların narazı qaldıqları digər məqam isə səfər etdikləri bölgələrdə onlara yerli mətbəxin təamlarının deyil, yalnız kabab çeşidlərinin təklif edilməsi ilə bağlı oldu.
Təbii ki, səfər boyu ən böyük giley avtobusda proqramı yalnız oyunlar üzərində quran, gəzilən ərazilər haqqında turistlərə heç bir məlumat verməyən və bəlkə, özü də məlumatsız olan tur rəhbərinin (bələdçinin) ünvanına idi...
Bələdçinin "nabələdliyi" bizim də diqqətimizi bu mövzuya çəkdi.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda sertifikatlı və sertifikatsız 300-ə yaxın turizm bələdçisi var. Ölkəmizdə bələdçilərin və ekskursiya rəhbərlərinin sertifikatlaşdırılması orqanı da yaradılıb.
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) sədri Tural Musayevin sözlərinə görə, 2017-ci ildən ölkəmizdə istənilən şəxs turizm bələdçisi kimi işləyə bilir:
"Bu isə turistlərə göstərilən xidmətin keyfiyyətini aşağı salır. Turizm bələdçiləri üçün vacib amildir ki, getdikləri obyektlər haqqında turistlərə məlumat versinlər. Sertifikatlaşdırma zamanı bələdçilərin həm nəzəri, həm də təcrübi tərəfləri yoxlanılır. Xidmət göstərən şirkətlərin də üzərinə məsuliyyət düşür ki, hər hansı səfərə dəvət edərkən bələdçilərin lisenziyasını yoxlasınlar. Çoxları bələdçi kimi fəaliyyət göstərmək üçün sadəcə "voen" açır və bu kifayət edir ki, bu işlə məşğul olsunlar. Ancaq nəzərə almaq lazımdır ki, müştəri narazı qalanda növbəti dəfə həmin xidmətdən istifadə etməyəcək. Nəticədə turizm şirkəti öz müştərisini itirəcək".
Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov isə problemin həllini Turizm Reyestrinin hazırlanma prosesinin başa çatacağı günlə bağlayır:
"Fikrimcə, ondan sonra bu kimi halların qarşısı alınacaq. Bizdə peşəkar bələdçilər də var. Amma ümumilikdə, bələdçi və tur rəhbərlərinin fəaliyyəti qənaətbəxş deyil. Turist marşrutunun qrup rəhbəri mütləq turistlərə getdikləri yer haqda məlumat verməli, onların vaxtlarının yaddaqalan keçməsinə çalışmalıdır. Xüsusən, avtobusda əcnəbi turist varsa, bu işə daha məsuliyyətlə yanaşmaq lazımdır. Bələdçinin təşkilati keyfiyyətləri əsasdır və bu, demək olar ki, turun uğurunu müəyyənləşdirir".
M.Ağakişiyev hesab edir ki, Turizm Reyestri işlək olandan sonra turizm şirkətləri də saf-çürük olunacaq və peşəkar olmayanların fəaliyyətinə xitam veriləcək.  
Turizmçi Göydəniz Qəhrəmanov bildirir ki, bələdçi olmaq üçün kurslar keçmək, sertifikat almaq lazımdır:
"Müşahidə olunur ki, xarici dili bilənlər və ya tarix haqqında bir az məlumatı olanlar bələdçi rolunda çıxış edirlər. Amma belə olmamalıdır. Məsələn, Bələdçilər Assosiasiyası peşəkar səviyyədə bələdçilər hazırlayır, onların protokolları var. Turizm şirkətləri də belə turlar hazırlayırlarsa, yaxşı olardı ki, məhz sertifikatlı bələdçilərlə işləsinlər. Bu, həm turun peşəkar səviyyədə icrasına səbəb olacaq, həm də turizm şirkətinin imicinə xeyir gətirəcək". 
Turizmçi Rəhman Quliyevin fikrincə, turizm bələdçisi tarixi, coğrafiyanı əla bilməlidir:
"Təəssüf ki, bizim bələdçilərdə bu xüsusiyyətlərə rast gəlinmir. Bu məsələnin həllini nə vaxt tapacağını demək də çətindir. Hesab edirəm ki, tur rəhbərinin avtobusda yalnız oyunlar keçirməsi, turistlərə suallar ünvanlaması boşluğu doldurmaq üçündür. Məsələn, bələdçi Qobustan haqqında dərin bilgiyə malik deyilsə, yol boyu vaxtı doldurmaq üçün oyunlara üstünlük verəcək. Şamaxı, Quba haqqında məlumatı yoxdursa, onda əyləncəli suallarla baş qatacaq. Bütün bunlar tura qoşulan yaşlı nəslin nümayəndələrinə maraqsız ola bilər. Xüsusən, turda əcnəbilər də varsa, onlara bölgələr haqqında ətraflı məlumat verilməlidir".
Məsələyə "Müştəri həmişə haqlıdır" prizmasından yanaşsaq, turizm şirkətləri daxili turları təkcə pul qazanmaq üçün deyil, daha çox ölkə turizmini yaxşı tanıtmaq və müştəri məmnuniyyəti üçün təşkil etməlidirlər.  /oxu.az

Turizm     Baxılıb: 479   Tarix: 21 may 2022
f Paylaş

Oxşar xəbərlər

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta son xabar xeberler azerbaycan axsam az xeberler