İyul ayında 3 manata pomidor? - Ekspertlər bahalaşmanın səbəblərindən danışır + RƏYLƏR

İyul ayında 3 manata pomidor? - Ekspertlər bahalaşmanın səbəblərindən danışır + RƏYLƏRAlıcılar iyul ayı olmasına baxmayaraq bazarda satışa çıxarılan pomidorun bahalılığından narazıdır. Onlar əvvəlki illərin iyul ayında qiymətin indikindən ucuz olduğunu söyləyirlər.
Pomidorun ucuzlaşmamasının səbəbləri nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Sabirabadda pomidor istehsalı ilə məşğul olan fermer Qabil Ağayev deyir ki, qiymətlərin bahalılığı əlverişsiz hava şəraitinin yığıma mənfi təsiri ilə bağlıdır:

"İndi bostan dövrüdür. Təsərrüfatlarda əkilən məhsul oktyabr-noyabr aylarında çıxaracaq. Hazırda bazarlara Xaçmaz, Quba, Qusar və digər bölgələrimizdə yetişdirilən məhsullar çıxarılır. Həmin rayonlarda isə güclü yağışlar oldu, bostanlar palçığın içində qaldığından məhsul yığımı çətinləşib. Nəticədə də malın bazarlara çatdırılması yubanır və bazarlarda pomidor qıtlığı yaranır".
İqtisadçı Natiq Cəfərli isə fərqli düşünür. O hesab edir ki, pomidorun qiymətindəki bahalaşma ixracın artması ilə əlaqəlidir:
İyul ayında 3 manata pomidor? - Ekspertlər bahalaşmanın səbəblərindən danışır + RƏYLƏR"Əsas səbəb ixracın artmasıdır. Keçən il pomidor ixracatında azalma var idi, bu il isə ixracat artıb. Əsasən də Rusiya bazarlarına ixracatın artdığını görürük. Rəsmi rəqəmlər də bunu təsdiqləyir. Nəticə etibarilə ixracat artıqca daxili bazarda satış həcmləri azalır. İqtisadiyyatın qanuna görə bazardakı mal və məhsulun həcmi azalırsa, onun bahalaşması qaçılmaz olur. Odur ki, ixracatın artması Azərbaycanın daxili bazarında pomidorun bahalaşmasına səbəb oldu".
Kənd təsərrüfatı üzrə eksperti Vahid Məhərrəmov isə bahalaşmanın ixracla heç bir əlaqəsinin olmadığını düşünür:
İyul ayında 3 manata pomidor? - Ekspertlər bahalaşmanın səbəblərindən danışır + RƏYLƏR"Azərbaycan adambaşına 86 kiloqram pomidor istehsal edir. Bunun adambaşına 20 kiloqramı ixrac edilir. 66 kiloqram isə daxildə istehlak edilir. Başqa sözlə, 860 min ton pomidor istehsal edirik, onun 200 min tonunu ixrac edirik, 660 min tonu isə daxili istehlaka yönəlir. Bu isə əvvəlki illərlə müqayisədə xeyli çoxdur.
Adi bir misal çəkim. Qonşu Gürcüstan adambaşına 15 kiloqram pomidor istehsal edir. Bizdə olan rəqəmlər isə daha çoxdur. Başqa bir məqam da var. Azərbaycan Rusiya bazarlarına pomidor ixrac edirsə, əvəzində eyni məhsulu digər ölkələrdən idxal edir. Son bir neçə ayda Türkmənistandan Azərbaycan pomidor idxal edilir. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, bahalaşmanın idxalla əlaqələndirilməsi doğru deyil. Hava şəraitinin qeyri-sabit keçməsinin də pomidorun bahalaşmasına təsiri yoxdur".
Ekspertin sözlərinə görə bazarda qiymətin yüksəlməsi monopoliya ilə bağlıdır:
"Abşeronda çoxsaylı böyük təsərrüfatlar var. Onlar pomidor istehsalı ilə məşğuldurlar. Xüsusən istixana pomidoru həmin sahibkarların, aliqarx məmurların əlindədir. Onlar kartel sövdələşməsi edirlər. Bizdə qış mövsümündə pomidorun qiyməti 5-6 manat, hətta daha yuxarı təklif olunur. Amma qonşu Türkiyədə bundan 3 dəfə ucuzdur. Bizdə pomidor qışda 3 dollardan yüksək olduğu halda, Türkiyədə 1 dollar olur. Səbəb odur ki, bizdən fərqli olaraq Türkiyədə monopoliya yoxdur. Orada çoxsaylı topdansatış bazarları var, lakin belə bazar Azərbaycanda bir dənədir. Türkiyədə hər həftənin birinci günü fermerlər istehsal etdikləri pomidor, xiyar və digər tərəvəzləri özləri yarmarkalara çıxarırlar. Ankarada bütün rayonlarda bir neçə yerdə yarmarkalar keçirilir ki, kəndlilər istehsal etdikləri məhsulu özlərinə sərf edən, alıcılar üçün əlçatan qiymətə sata bilsinlər. Azərbaycanda isə topdansatış bazarının əlində geniş ticarət şəbəkələri var. Onlar məhsulları həmin şəbəkələrə göndərirlər".
Aygün Mirakif
KONKRET.az

Sosial       Tarix: 26 iyul 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az bu gun cəbhədən son görüntülər son xeberler bugun 2026 muharibe valyuta mezennesi 2026