İZ Community İZ EDU FEST adlı bir həftəlik təhsil festivalı keçirəcək
2-8 sentyabr tarixlərində saat 12:00-20:00 aralığında "Blue Mall" ticarət mərkəzində məktəblilər, abituriyentlər, valideynlər və təhsillə maraqlanan hər kəs üçün tədbir keçiriləcək.
Proqramda:
- müəssisələrin, məktəblərin, liseylərin, təhsil-inkişaf mərkəzlərinin nümayəndələri ilə birgə stendləri;
- ofis (dəftərxana) mallarının, dekor, geyim, akssesuarlardan ibarət Azərbaycan brendlərinin yarmarkası;
- uşaq yazıçısı Bəhram Bağırzadə ilə avtoqraf-sessiya;
- yazıçı Lalə Umudla avtoqraf-sessiya;
- musiqili-rəqs proqramı;
- rəsm müsabiqəsi;
- yaradıcı master-klasslar;
- media mənsubları, jurnalistlər və blogerlərlə görüşlər;
- hədiyyə yarışları yer alacaq (smartfon, qulağlıq, planşet).
İZ Community Azərbaycanda 5000-dən artıq xanımı bir araya gətirən Qadın biznes-cəmiyyətidir. İZ Community komandası 350-dən çox ivent təşkil edib, bura 15000-dən artıq qonağın ziyarət etdiyi 8 festival-yarmarka da daxildir.
Qeyd edək ki, "İZ Community" Qadınlar Cəmiyyətinin təsisçisi və rəhbəri Rəna Nəcəfzadə-Sadəddinovadır.
Giriş sərbəstdir, ödənişsizdir və qeydiyyatsızdır.
Məkan: "Blue mall" / azxeber.com

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat