İzmirdə zavodda baş verən güclü partlayışda 16 nəfər öldü
Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən dəmir-polad zavodunda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 13 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Ərdoğan partlayışın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparıldığını qeyd edib.
"Ölkəmizi dərindən kədərləndirən bu faciənin səbəbləri və başvermə şəraiti, eləcə də hadisədə təqsiri və məsuliyyəti olan şəxslər müəyyən ediləcək", – Türkiyə Prezidenti vurğulayıb.
Qeyd edək ki, partlayışdan sonra zavodun ərazisində güclü yanğın başlayıb. Hadisə yerinə axtarış-xilasetmə və yanğınsöndürmə qüvvələri cəlb olunub.
İlkin məlumatlarda 3 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilmişdi. Daha sonra ölənlərin sayı əvvəlcə 6-ya, ardınca 10-a yüksəlib. Son məlumatlara əsasən, faciə nəticəsində 16 nəfər həyatını itirib.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir