Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən miqdarda yük aşkar edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin "Qırmızı körpü" dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə hərəkət edən iki MAN markalı yük nəqliyyat vasitəsi sərhəd naryadı tərəfindən təkrar yoxlamaya cəlb olunub.
Yoxlama zamanı nəqliyyat vasitələrinin yük sənədlərində gips daşındığı göstərilsə də 240 ədəd (24 kiloqram) qəlyan tütünü, 1119 ədəd avtomobil ehtiyat hissəsi və 40 ton dizel yanacağı aşkar edilib.
Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.

Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var