9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi

9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdiBakıda qeyri-adi hadisə baş verib. 30 yaşlarında olan qadın 9 ay boyunca hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirib.
KONKRET.azbakupost.az-a istinadla xəbər verir ki, bu barədə cərrah mama-ginekoloq İlhamə Nağıyeva məlumat yayıb.
Həkimin sözlərinə görə, gecə saat 03:00 radələrində qanaxma və qarında gücənmə xarakterli ağrılarla bağlı təcili tibbi yardım çağırışı daxil olub:
"Müayinə zamanı qadının 38 həftəlik hamilə olduğu məlum olub. Pasiyentlə ilkin anamnez toplayarkən qadın hamiləlik ehtimalını qəti şəkildə inkar edib. Pasiyent qalın, üst-üstə geyinilmiş paltarlarda idi. Xarici görünüşünə əsasən hamiləlik müddətini qiymətləndirmək belə halda çətin ola bilir. Şikayətlərinə və anamnezə əsasən müayinəni davam etdirirəm. Uzadıb qarnını müayinə etmək üçün açıram və USM-ə hazırlayıram. Qarın hamiləliyə uyğun böyükdür. USM-də dölyanı mayenin bitdiyi, dölün diri olduğu və 38 həftəlik hamiləlik müəyyən edilir".
İ.Nağıyeva qeyd edib ki, qadının arterial təzyiqi 213/120, başında kəskin ağrı, görməsində pozğunluq var idi:
"Təcili qeysəriyyə əməliyyatına aldıq. Çapıq tamamilə nazilib və uşağın saçı görünür. Çünki tam düz bir il əvvəl, eyni tarixdə qeysəriyyə əməliyyatı keçirib. Bu qadınınmı bəxti gətirdi, mənimmi bəxtim gətirdi, bilmirəm. Hər halda, şükür ki, ikisi də sağ-salamatdır. Bir az da geciksə və ya diqqətdən qaçsa, itirilmə ehtimalı yüksək olan xəstə idi. Evdə 4 uşağı var. Buna baxmayaraq, hamilə olduğunu, uşağın tərpənməsini, qarnının böyüməsini anlamadığını deyir. Bu cür riskli xəstə bu müddətdə bir dəfə belə həkimdə olmayıb. Hamiləlik bəzən qadının özü tərəfindən belə hiss edilməyə bilər, amma bu, hamiləlik nəzarətinin əhəmiyyətini azaltmır. Sağlamlığınıza biganə olmayın!!!"

Hadisə       Tarix: 03 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi

Göyçayda 31 yaşlı stomatoloq ağır xəstəlikdən vəfat edib. xəbər verir ki, 1995-ci il təvəllüdlü Orxan Çingiz oğlu Cəfərov uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəbindən İranda müalicə aldığı xəstəxanaların birind

Bakıda ağır qəza: ölən var

Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb. xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Bahəddin Əfqan oğlu Nəcəfzadə idarə etdiyi "Lada Granta" markal

Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB

Zaqatalada gübrə satışı ilə məşğul olan iri şirkətlərdən birinin anbardarı külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilib. xəbər verir ki, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkki

İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü

İsveçrədə azərbaycanlı gənc bədbəxt hadisə nəticəsində ölüb. KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bern şəhərində baş verib. 1984-cü il təvəllüdlü Məhəmməd Aslanov hamamda elektrik cərəyanı vurması nəticəsind

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı

Ağdaşda meyit tapılıb. KONKRET. -a istinadla xəbər verir ki, 40 yaşlı Rəşad Abidovun üzərində güllə yarası olan meyiti yaşadığı evin həyətində aşkar edilib. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılı

Xocalıda icazəsiz at sürənlər cərimələndi

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb. -a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb. Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər

9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi

Bakıda qeyri-adi hadisə baş verib. 30 yaşlarında olan qadın 9 ay boyunca hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirib. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə cərrah mama-ginekoloq İlhamə Nağıyeva məluma


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu valyuta mezennesi son xeber.az son xeberler bu gun