Jerar Depardye yenidən cinsi təcavüzdə ittiham olunub
Jerar Depardye yenidən cinsi təcavüzdə ittiham olunub
Fransada məşhur aktyor Jerar Depardyeyə qarşı yenidən cinsi təcavüzə dair şikayət edilib.
Bu barədə sənətçinin vəkili məlumat yayıb.
Qeyd olunub ki, adının açıqlanmasını istəməyən rejissor Jan-Pyer Mokinin keçmiş köməkçisi yanvarın 8-də şikayət edib. Qadın 2014-cü ildə "Le magicien et les siamois" filminin çəkilişləri zamanı aktyor tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Onun sözlərinə görə, Depardye ona şəhvətlə toxunub və nalayiq ifadələr işlədib.
Xatırladaq ki, Jerar Depardye artıq əvvəllər də zorlama və ya cinsi təcavüzdə ittiham olunub. 2018-ci ildə aktrisa Şarlotta Arno aktyorun Parisdəki evində ona iki dəfə təcavüz etdiyini deyib.
Şarlotta Arno Jerar Depardyeni cinsi təcavüzdə ittiham edən 13 qadından biri olub. 2023-cü ilin aprelində Fransanın "Mediapart" portalı onların ifadələri əsasında araşdırma dərc edib. Portalın məlumatına görə, bütün hadisələr 2004-2022-ci illər arasında baş verib.
Mənbə: gazeta.ru / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır
Biz eyni ananın iki oğluyuq - Dövlət Bağçalıdan Azərbaycana təbrik
AKP-nin Türk dünyası siyasəti: Milli kimlik üçün hansı risklər var?
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü
Uzak şehir'in aktrisası onunla eşq yaşayır