Jirinovski: Ermənistan Rusiyanın tərkibinə daxil edilməlidir - EKSKLÜZİV

Jirinovski: Ermənistan Rusiyanın tərkibinə daxil edilməlidir - EKSKLÜZİVJirinovski: Ermənistan Rusiyanın tərkibinə daxil edilməlidir - EKSKLÜZİV
Ermənistan müxalifəti, istefası faktiki olaraq Baş nazir Nikol Paşinyan tərəfindən əldə edilən erməni generallarının və hər şeydən əvvəl Baş Qərargah rəisi Onik Qasparyanın etiraz aksiyalarında meydana çıxacağına ümid edir. Bu da mitinqlərə aktivlik əlavə edə bilər. Erməni müxalifəti həm dinc inqilabdan, həm də hakimiyyəti zorla ələ keçirməyə hazır olmasından bəhs edir. 
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, Rusiya Parlamentində eyniadlı fraksiyanın rəhbəri Vladimir Jirinovski Ermənistanda baş verənlərlə bağlı Media.Az-a münasibət bildirib.
- Ermənistan hazırda ən aktual münaqişə bölgəsidir. Fərqli münasibətlər səslənir. Təcili olaraq dəyirmi masa keçirməli, hər kəsi danışıqlar üçün oraya toplamağı, Ermənistan parlamentinin qərar verməli olduğunu söyləyən qəribə insanlar var. Ancaq görürük ki, parlament iclası baş tutmadı, çünki Nikol Paşinyanın "Mənim addımım" partiyası ora gəlmir, iclas açılmır.
Ermənistan Qafqazda, Şərqdədir - dünyanın elə hissəsindədir ki, burda məsələlər adətən güc yolu ilə həll olunur. Misiri götürün, bu ölkənin rəhbərliyində həmişə marşallar var. Liviya, İraq, Əfqanıstanda hakimiyyət hərbçilərdədir. Ermənistanın yanında yerləşən Türkiyədə altı hərbi çevriliş olub!..
Eyni ssenari Ermənistanda da mümkündür. Ermənilər tezliklə yeni bir siyasi rejim formatında oyana bilərlər. Onda Paşinyan ya xaricə qaçacaq, ya da ABŞ səfirliyində gizlənəcək. Ancaq dəyişiklik faktiki olaraq qaçılmazdır. Nəticə olaraq ölkəyə mütləq rusiyayönümlü bir namizəd rəhbərlik etməsə də, ən azından NATO yönümlü insan olmayacaq, çünki NATO, ABŞ tərəfdarları Paşinyanın simasında onsuz da hakimiyyətdədir.
İndi deyəcəksiniz - bundan sonra nə etməli? Bir həll yolu var: Çar dövründə olduğu kimi, Rusiyanın bir hissəsi olmaq. Hamı sakitləşəcək, heç kim də heç nə etməyəcək. Ancaq mütləq ermənilərdən soruşmaq vacibdir ki, bunu istəyirlərmi?
İstəmirlərsə, qoy müstəqil qalsınlar. Ancaq biz ora bir nəfər də əsgər göndərməyəcəyik. Elə amerikalıların yardım göstərməsi də çətindir, çünki ermənilərə qarşı NATO ölkəsi olan Türkiyə, həmçinin ABŞ və NATO üçün Ermənistandan daha vacib olan Azərbaycan var. Ona görə də bizdən başqa heç kim Ermənistana kömək etməyəcək. /oxu.az

Siyasi       Tarix: 03 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar son xəbərlər azərbaycanda sonxabar xeberler bugun