Kadırovun 18 yaşlı oğlu nazirin 1-ci müavini təyin edildi
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun böyük oğlu, 18 yaşlı Axmat Kadırov Çeçenistanın bədən tərbiyəsi, idman və gənclər siyasəti üzrə nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin sədri Maqomed Daudov bildirib.
"Mən Axmat Kadırovu Çeçenistan Respublikasının bədən tərbiyəsi, idman və gənclər siyasəti üzrə nazirinin birinci müavini vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edirəm! Əminəm ki, bu məsul vəzifəyə təyinat təhsilin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə kömək edəcək., – Daudov Telegram kanalında yazıb.
Əvvəllər Axmat Kadırov "Birincilərin Hərəkatı" Ümumrusiya ictimai-dövlət gənclər hərəkatının Çeçenistandakı bölməsinə rəhbərlik edirdi. Çeçenistan parlamentinin spikerinin sözlərinə görə, o bu vəzifədə "gəncləri hər cür dəstəkləyib".
"Əminəm ki, Axmat Kadırov ona tapşırılan vəzifələrin öhdəsindən yüksək səviyyədə gələcək. Bunun üçün o, lazımi biliyə, təcrübəyə və Axmat-Hacı Kadırovun yolunda işləmək arzusuna malikdir".Yenisabah.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ