Kafedə qardaşlar toyuq boğazına görə ofisiantı döydülər - MƏHKƏMƏ
Mingəçevir Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən qardaşlar Mahir və Zahid Məmmədovların (ad, soyadları şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazov sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Mahir 1 il 11 ay 28 gün və Zahid isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Mingəçevir şəhəri, AZDRES qəsəbəsində "Ağçiçəyim" mağazasının arxasında yerləşən kafedə qeydə alınıb.
Belə ki, Zahid həmin kafedə pivə içərkən obyektin əməkdaşı, zərərçəkmiş Nizam Quliyevə (ad, soyadı şərti) hisə verilmiş toyuq boğazı sifariş edib. Lakin zərərçəkmiş şəxs ona hisə verilmiş toyuq boğazının olmadığını deyib və yan masaya hisə verilmiş bel və boğaz məhsulu aparıb. Bu zaman Zahid Nizamın qərəzli olaraq onun masasına həmin təamdan gətirmədiyini zənn edərək zərərçəkmişə irad bildirib. Daha sonra onlar arasında mübahisə düşüb və Zahidin qardaşı Mahir də kafeyə gəlib. Bu zaman mahir də onlara qoşulub. Onlar kafedə əlinə keçən və silah qismində istifadə etdiyi şüşə külqabından istifadə etməklə zərərçəkmiş şəxsin üzərinə hücum edib, onun şəxsiyyəti üzərində zor tədbiq edərək baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var