Kağız pullar yığışdırılacaq? - Açıqlama

Kağız pullar yığışdırılacaq? - Açıqlama2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmi 7 milyard 890 milyon manata çatıb. Bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40.7 faiz və ya 2 milyard 282 milyon manat artım deməkdir.
Bəs nağdsız ödənişlər kağız pulu tamamilə sıradan çıxara bilər?
KONKRET.az xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, orta və uzunmüddətli dövrdə kağız pulların dövriyyədən çıxması qaçılmazdır:
"Rəqəmsal iqtisadiyyata keçid bu prosesə ciddi təkan verir. Həm rəqəmsal valyutalar, həm də kriptovalyutalar ödəniş imkanlarını genişləndirir və nağdsız iqtisadiyyata keçidi sürətləndirir. Azərbaycanda da son dövrlərdə bankların tətbiq etdiyi müxtəlif təşviqedici faktorlar və qlobal kredit bazarlarının təsiri ilə nağdsız ödənişlərin həcmi artır. Kartlardan istifadənin artması, eyni zamanda ticarət münasibətlərinin və istehlak vərdişlərinin dəyişməsi ilə də əlaqədardır. Onlayn ticarətin miqyasının genişlənməsi bu keçidi daha da sürətləndirir".
İqtisadçı qeyd edib ki, bu prosesin müəyyən riskləri də mövcuddur:
"Texniki problemlər, kibercinayətkarlıq, şəxsi məlumatların ələ keçirilməsi və hesablardan pul vəsaitlərinin oğurlanması kimi təhlükələr rəqəmsal ödəniş sistemlərinin əsas problemləri arasındadır. Lakin ümumilikdə götürdükdə bu risklər nağd vəsaitlərin istifadəsi ilə müqayisədə daha aşağıdır. Çünki nağd pulun saxlanması, itirilməsi və saxtalaşdırılması da ciddi problemlər yaradır. Digər tərəfdən nağd pulun emissiyası üçün əlavə xərclər tələb olunur, bu da iqtisadi baxımdan əlavə yükdür".
R.Həsənovun sözlərinə görə, bu aspektləri nəzərə alsaq, kartlar və digər rəqəmsal valyutalar vasitəsilə ödənişlərin həyata keçirilməsi daha məqsədəuyğundur:
"Bununla belə, təhlükəsizlik məsələlərinə diqqət yetirmək vacibdir. Məlumatların üçüncü şəxslərin əlinə keçməməsi üçün güclü parolların tətbiqi, etibarlı onlayn platformalardan istifadə və fərdi məlumatların qorunması kimi tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Bu kimi addımlarla rəqəmsal ödənişlər zamanı yaranacaq riskləri minimuma endirmək mümkündür".

Sosial       Tarix: 24 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler son xabar cəbhədən ən son xəbər xeberler bugun