Kalaşnikov: "Ermənistandakı revanşistlər kiminlə döyüşəcəklər - Rusiya ilə yoxsa Azərbaycanla?" - MÜSAHİBƏ

Kalaşnikov: "Ermənistandakı revanşistlər kiminlə döyüşəcəklər - Rusiya ilə yoxsa Azərbaycanla?" - MÜSAHİBƏKalaşnikov: "Ermənistandakı revanşistlər kiminlə döyüşəcəklər - Rusiya ilə yoxsa Azərbaycanla?" - MÜSAHİBƏ
Moskvada ümid edirlər ki, İrəvanda baş verən hadisələrindən asılı olmayaraq, Ermənistan Dağlıq Qarabağla bağlı Üçtərəfli Bəyanata əməl edəcək.
Narahatlıq üçün isə əsaslar var, çünki, Media.Az-ın da xəbər verdiyi kimi, hətta Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan da bildirmişdi ki, məhz Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin yekun siyasi həllinə nail olmaq üçün yeganə beynəlxalq mandata malik formatdır.
Birmənalı şəkildə revanşist baxışlara malik olan erməni müxalifətinin nümayəndələrinə gəldikdə, onların çoxu 10 noyabrda imzalanan bəyanatı ümumiyyətlə qanuni hesab etmir.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun sözlərinə görə, Rusiya Ermənistan liderlərinin məsuliyyətinə etibar edir.
"Hansı hadisələrin baş verməsindən asılı olmayaraq, Dağlıq Qarabağla bağlı razılaşmanın həyata keçirilməsində ardıcıllıq olmalıdır. Bu müqaviləyə zidd olan istənilən bir hərəkət, addım böyük bir faciəyə səbəb ola bilər, buna icazə verilməməlidir", - deyə, Valentina Matviyenko bildirib.
Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov hələ ötən əsrin 90-cı illərindən bəri davamlı olaraq Qarabağ münaqişəsinin həlli üçün üçtərəfli formatı müdafiə edib.
Media.Az sözügedən məsələlərin şərhi ilə bağlı Leonid Kalaşnikova müraciət edib.
Moskvada İrəvanın Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanmış Qarabağla bağlı üçtərəfli razılaşmaya əməl edəcəyinə ümid edirlər. Ermənistanda isə getdikcə daha tez-tez ATƏT-in Minsk Qrupunu xatırlayırlar və məsələnin son həllinin məhz ATƏT-in Minsk Qrupunun vasitəçiliyi həyata keçirilməsini istəyirlər. Sizin baxışınız nədir, niyə Ermənistan tərəfi işlək olan üçtərəfli formatdan razı deyil?
Mənim mövqeyim həmişə birmənalı olub, Minsk Qrupu ilə əlaqəli illüziyaların kənara qoyulmasının vacibliyindən danışmışam. Tək variant mövcuddur - üçtərəfli razılaşma. Biz bu barədə hörmətli İlham Heydəroviç Əliyevlə və o zaman Ermənistanın prezidenti olmuş Serj Sarqsyanla danışmışıq. Sonra mən bu barədə hələ baş nazir olmamışdan əvvəl Nikol Paşinyanla danışmışam.
Uzun illər heç bir nəticəyə gətirib çıxarmayan təmas qrupunu sadəcə olaraq yaddan çıxartmaq lazımdır, xüsusən Rusiyanı düşmən hesab etdikləri (Qərbdə - red.), onun sərhədlərində qaynar nöqtələri yaratmağa çalışdıqları bir dövrdə.  
Onlar (Ermənistan – red.) təmas qrupunda kimə arxalanırlar? Orada üç həmsədr var. Əgər Rusiyaya arxalanırlarsa, o zaman Ermənistan və Azərbaycan məhz onunla məsələləri həll etməlidirlər.
Yoxsa Rusiya Federasiyasına düşmən münasibət bəsləyən və bütün Cənubi Qafqaz bölgəsinin həyatını çətinləşdirən, problemləri həll etməyə heç hazırlaşmayan ABŞ-a və ya Fransaya ümid bəsləyirlər?
Halbuki Rusiyanın, Azərbaycanın və Ermənistanın həyatı əhəmiyyət kəsb edən maraqları məhz burada yerləşir.
Ona görə ATƏT-in Minsk qrupu - illüziyadır. Kim problemi həll etmək istəyirsə, o, onu həll edir. Bunu istəməyən o təmas qrupu timsalında bəhanələr uydurur.
Bizim ölkədə bir çox siyasətçi deyirdi ki, guya biz onu (Qarabağ münaqişəsini – red.) həll etsək ABŞ və Fransa onun nəticələrini tanımayacaq. Tamamilə cəfəngiyatdır. Bu, ilk növbədə Azərbaycan və Ermənistan başda olmaqla, üç ölkə üçün mühüm problemdir. Rusiya prezidenti Vladimir Putinə həm Bakıda, həm də İrəvanda etibar edirlər. Bu da münaqişənin nizama salınmasına kömək etdi.
Bəs əgər İrəvanda hakimiyyətə revanşistlər gələrsə, üçtərəfli razılaşmaya yenidən baxılması mümkündürmü?
Xeyr. Bu, qeyri-realdır. Əgər kimsə müharibə istəyirsə, qoy bunu elan edib müharibə etsin. Bəs harada, kiminlə? Rusiya ilə, yoxsa Azərbaycanla? Bu, fiziki cəhətdən sadəcə olaraq mümkün deyil. Rusiya və Azərbaycan bu razılaşmadan çıxmayacaqlar. Küçədə nə istəsən bəyan etmək olar, amma real siyasət başqadır. /oxu.az

Siyasi       Tarix: 04 mart 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar son xəbərlər azərbaycanda sonxabar xeberler bugun