Kaliforniyada GÜCLÜ YANĞIN: 120 minədək insan...
Kaliforniya hökuməti evlərinə təbiət yanğınlarından təhlükə dəyə biləcək 119 mindən çox sakinin təxliyə edilməsi barədə göstəriş verib.
Publika.az TASS-a istinadla xəbər verir ki, bunu qubernator Qevin Nyusom mətbuat konfransında deyib. Konfrans qubernatorun "Twitter" səhifəsində yayımlanıb.
Qubernatorun məlumatına əsasən, Kaliforniyanın şimalında təbiət yanğınlarının ocağı 367-dən 560-a çatıb. Sahəsi 312 min hektar olan ərazi yanıb. Yanğınla mübarizədə 12 mindən çox yanğınsöndürən səfərbər edilib, mindən çox maşın, 241 buldozer, 88 vertolyot və 24 təyyarə cəlb olunub. Təbii fəlakət qurbanlarının sayı 6 nəfərə çatıb.
Avqustun 18-də qubernator Qevin Nyusom anomal istilər və yanğınlar səbəbindən ştatda fövqəladə vəziyyət elan edib. Həmin gün Ölüm vadisində havanın temperaturu +54,4 °C olub.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək