Kalmar və onun faydaları

Kalmar və onun faydalarıKalmar buğumayaqlılar sinfinə daxil olan molyusklardandır. Adətən kalmarların ölçüsü 0,25-0,5 metr uzunluğunda olur. Nadir hallarda iri ölçülü kalmarlara da rast gəlinə bilir. Ən iri kalmar 20 metr uzunluğunda olan onurğasız heyvan kimi qeydə alınıb.  Supermarketlərdə əsasən 800 qram çəkidə olan kalmarlara rast gəlinir. Bu zaman kalmarın yeyiləcək orqanları onun dərisi altında yerləşən çanağında gizlənir. Kalmarın əti xüsusi tünd dada və donmuş balıq iyini xatırladan iyə malik olur. Onu almamışdan əvvəl təzəliyinə diqqət yetirmək lazımdır. Təzə kalmar dərisinin rəngi çəhrayının açıq bənövşəyinə çaları rəngdə olur. Aldıqda isə təmizlənməmiş kalmar almaq məsləhət görülür. Onu bişirmək üçün təmizlədikdə isə çəkisini iki dəfə itirir. 100 qram kalmar ətinin qida dəyəri:
- Zülallar - 18 qr
- Yağlar - 2,2 qr
- Karbohidratlar - 2 qr
- Su - 76,5 qr
- Kalori - 92 kKal.
Kalmar əti insan orqanizminə faydalı olan ətlərdən hesab edilir. Onun tərkibində keyfiyyətli zülallar, B6, PP, C vitaminləri, doymamış yağ turşuları var. Kalmar ətində olan doymamış yağ turşuları orqanizmin qidasının balanslaşmasında rol oynayır. Kalmar molyuskunun ətində fosfor, dəmir, yod və s. elementlər var. Tərkibində çoxlu miqdarda olan arqinin və lizinə əsasən uşaq qidalarının tərkibində rast gəlmək olur. Bu ətin tərkibində xolesterin yoxdur.
Kalmar molyusku yemək ürək xəstəlikləri zamanı çox faydalıdır. Onun tərkibində olan kalium ürək əzələsinin möhkəmlənməsinə, ürəyin yaxşı işləməsinə səbəb olur. Miokard xəstəliklərindən əziyyət çəkənlərə kalmar yemək çox faydalıdır. Buna səbəb isə kalmar ətinin kalim və natriumla zəngin olmasıdır. Bu maddələr orqanizmdən artıq mayenin xaric edilməsinə və orqanizmdə əmələ gələn şişkinliklərin aradan qalxmasına səbəb olur. Kalmarı sıxaraq ondan əldə edilmiş şirəni müxtəlif qidaların üstünə əlavə edirlər. Bu şirə həmin qidaların xüsusi dada malik olmasına səbəb olur. Kalmar ətinin tərkibində taurin var. Bu qanda xolesterinin miqdarının azalmasına və antisklerotik təsirlərin aradan qalxmasına, arterial təzyiqin stimulyasiya edilməsinə səbəb olur. Kalmar ətində olan E vitamini və selen orqanizmdə eykozalent turşusunun artmasına səbəb olur. Bu maddə orqanizmdə ağır metal duzlarının xaric olmasına səbəb olur. Kalmar molyusku dietik qida hesab edilir və onun ətində orqanizm üçün zərərli olan yağ yoxdur.
Kalmar ətinin zərərli xüsusiyyətləri
Kalmar ətindən çox istifadə etmək sinir sistemində narahatçılıqların meydana çıxmasına səbəb olur. Kirli və ya zəhərli sularda yaşayan kalmarların ətində civə və ya qurğuşun zəhərlənmələrinə rast gəlmək mümkündür. Bu cür sularda böyüyən molyusklar orqanizm üçün zəhərli ola bilirlər. Duza qoyulmuş kalmar molyusku orqanizmdə su-duz mübadilə balansının pozulmasına səbəb olur.
Düzgün və qaydasında bişirilməmiş kalmar mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulmasına səbəb ola bilir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 20 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video son xəbərlər azərbaycanda bu gunun xeberleri haqqinda melumat