"KamAZ" mikroavtobusla toqquşdu - Yaralıların sayı 17-yə çatdı
Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində "ZİL" markalı mikroavtobusun "KamAZ"la toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.
KONKRET.az xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:
1. Abdullayeva Rəfiqə Kərəm qızı – 1958-ci il
2. Əhədova Səidə Həmid qızı – 1957-ci il
3. Verdiyeva Mötəbər Mirzəhüseyn qızı – 1961-ci il
4. Əliyeva Təranə Vəli qızı – 1965-ci il
5. Hüseynova Gülümnaz Müəllim qızı – 1956-cı il
6. Əhədova Laləzar Xanış qızı – 1966-cı il
7. Məmmədova Aidə Məmməd qızı – 1960-cı il
8. Paşayeva Zeynəb Şahvəli qızı – 1980-ci il
9. Hüseynova Südabə Hidayət qızı – 1971-ci il
10. Xuduyeva Sahilə Eminağa qızı – 1982-ci il
11. Xuduyeva Aynur Akşin qızı – 2006-cı il
12. Həsənzadə Yağmur Yalçın qızı – 2009-cu il
13. Abbasova Fatimə İsmayıl qızı – 1964-cü il
14. Abdullayeva Zəminə Həmid qızı -1974-cü il
15. Quliyeva Validə Sakit qızı – 1965-ci il
16. Xudiyev Səmidağa Polad oğlu – 1965-ci il
17. Xuduzadə Ellada Akşin qızı – 2007-ci il
***
10:59
Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a bildirilib ki, dekabrın 25-də saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi "ZİL" markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi "KamAZ" markalı avtomobillə toqquşub.
Nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb. Həmin avtomobilin sürücüsü və 15 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar.
Faktla bağlı araşdırma aparılır.
***
09:46
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KamAZ" markalı yük avtomobili və ZİL markalı mikroavtobus toqquşub, altı nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi