Kamil Nəcəfov direktor təyin olundu
"Respublika Əmtəə Birjası"nın tərkibində fəaliyyət göstərən "Bakı Hərrac Mərkəzi"nin direktoru vəzifəsinə Kamil Oqtay oğlu Nəcəfov təyin edilib.
azxeber.com xəbər verir ki, bu təyinat mərkəzin hərracların təşkili və icrasında peşəkarlığın artırılması, eləcə də xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardan biridir.
Kamil Nəcəfov 1 sentyabr 1986-cı ildə Bakı şəhərində anadan olub. 1994-2004-cü illərdə 18 saylı orta məktəbdə təhsil alıb, daha sonra Milli Aviasiya Akademiyasının beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr və magistr dərəcələrini əldə edib. 2008-2009-cu illərdə ABŞ-ın "University of Southern Maine" universitetində ixtisasartırma proqramını uğurla tamamlayıb. Peşəkar fəaliyyəti ərzində, 2012-2023-cü illərdə "Caspian Kargo" şirkətində gömrük üzrə nümayəndə, 2023-cü ildən isə "Prologistic" şirkətinin direktoru vəzifələrində çalışıb.
"Respublika Əmtəə Birjası"nın tərkibində fəaliyyət göstərən "Bakı Hərrac Mərkəzi" 12 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilib və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb.
Mərkəz fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif dövlət qurumları, o cümlədən Vergilər Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Əmanətlərin Sığortalanması Fondu, "AzerGold" QSC və müxtəlif bankların sifarişlərini icra edir. Eyni zamanda, Ədliyyə Nazirliyinin yerli icra qurumlarının məhkəmə qərarlarının icrası ilə bağlı hərracların təşkili və keçirilməsini təmin edir. Müxtəlif növ əmlakların satışını təşkil etmək məqsədilə fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında yüksək peşəkarlıqla hərraclar keçirir.
Kamil Nəcəfovun rəhbərliyi ilə mərkəzdə yeni imkanların yaradılması, iş proseslərinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü işlər aparılacaq.
Turlar.az [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat