Kamran Əliyev Almaniyanın Baş prokuroru ilə görüşdü
Yanvarın 28-də Almaniyaya işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev Karlsrue şəhərində almaniyalı həmkarı Peter Frankla görüşüb.
Bu barədə KONKRET.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Səmimi qəbula görə təşəkkür ifadə olunaraq ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən dostluq münasibətlərinin mövcudluğu vurğulanıb. Bu əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına tövhə verdiyi qeyd edilib.
Baş prokuror Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər və əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən terrorçuluqla mübarizə, qanunsuz miqrasiya, nifrət zəminində törədilmiş cinayətlər, məişət zorakılığı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri və digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Ölkələrimizin prokurorluq qurumları arasında əlaqələrin gücləndirilməsi və gələcəkdə daha da intensivləşdirielməsi məqsədilə əməkdaşlıq haqqında memorandumun imzalanması təklif olunub.
Görüşdə ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib.




Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var
Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
Naxçıvanda maşın aşdı: ölən var
Azərbaycan nefti bahalaşdı