Kamran Əliyev Türkiyə nümayəndə heyəti ilə görüşdə Qarabağda sülhməramlı missiyanı müzakirə edib - FOTO

Kamran Əliyev Türkiyə nümayəndə heyəti ilə görüşdə Qarabağda sülhməramlı missiyanı müzakirə edib - FOTOKamran Əliyev Türkiyə nümayəndə heyəti ilə görüşdə Qarabağda sülhməramlı missiyanı müzakirə edib - FOTO
Baş Prokuror Kamran Əliyev Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Kamran Əliyev Türkiyə və Azərbaycanın birgə fəaliyyətinin bölgədə sabitləşdirici amilə çevrilməsi nəticəsində bölgə üçün və dünya üçün böyük əhəmiyyət daşıyan enerji, nəqliyyat layihələrinin həyata keçdiyini qeyd edərək bu uğurların təməlində iki ölkə arasında əsrlər boyu olan dostluq-qardaşlıq münasibətlərinin dayanmasını diqqətə çatdırılıb.
Baş Prokuror sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri cinayət əməlləri barədə məlumat verərək bildirib ki, Türkiyə Respublikasının rəhbərliyi və xalqı hadisələrin ilk anından başlayaraq ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya göstərib.
Kamran Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin beynəlxalq səviyyədə qadağan edilmiş raket qurğusundan Azərbaycanın mülki dinc əhalisinin atəşə tutulması nəticəsində ümumilikdə 93 nəfər həlak olmuş, 410 nəfər yaralanmış, 3410 yaşayış evinə, 120 çoxmərtəbəli binaya və 512 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan döyüş əməliyyatlarına  xarici ölkələrin muzdlu döyüşçülərinin cəlb edilməsi, həmçinin dünya terror tarixində həmişə ön sırada olan "Asala" və "PKK-PYD-YPG" terror təşkilatlarına aid bir qrup şəxslərin iştirak etmələri müəyyən edilib, həmin şəxslərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işləri başlanılıb.
Baş Prokuror, Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada iştirakının Azərbaycan xalqı tərəfindən sevinclə qarşılandığını bildirərək, Türkiyənin bölgədə sülhün bərqərar olmasında xüsusi rolunun əhəmiyyətini vurğulayıb.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən Hakan Çavuşoğlu ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik edib və Ermənistan tərəfindən törədilmiş terror aktları nəticəsində həlak olan şəxslərə görə Türkiyə xalqının baş sağlığını çatdıraraq, yaralanmış şəxslərə şəfa diləyib.
Qonaq Türkiyənin Dağlıq Qarabağda sülhməramlı missiyadan qürur duyduğunu və bu missiyanın davamlı sülhün bərqərar olmasına öz töhfəsini verəcəyini bildirib.
Hakan Çavuşoğlu səfərin məqsədlərindən söz açaraq bildirib ki, rəhbəri olduğu nümayəndə heyəti 27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistan tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində münaqişə zonasından kənarda yerləşən bölgələrimizdə həlak olmuş və yaralanmış şəxslər, ziyan dəymiş evlər və mülki infrastruktur obyektləri ilə bağlı, həmçinin birinci Qarabağ müharibəsi zamanı qaçqın düşmüş şəxslərin hüquqlarının pozulması və onlara dəymiş ziyana bağlı hesabatlar hazırlayacaqlar.
Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli hüquqi əməkdaşlıq, ekstradisiya, hüquqi yardım və digər maraq kəsb edən mövzular ətraflı müzakirə edilməklə faydalı fikir mübadiləsi aparılıb
Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti mülki əhalimizə qarşı törədilən cinayətlərlə yerində tanış olmaq məqsədi ilə Gəncə şəhərinə yola düşüb.
Hazırda nümayəndə heyətinin səfəri davam edir.
Kamran Əliyev Türkiyə nümayəndə heyəti ilə görüşdə Qarabağda sülhməramlı missiyanı müzakirə edib - FOTOKamran Əliyev Türkiyə nümayəndə heyəti ilə görüşdə Qarabağda sülhməramlı missiyanı müzakirə edib - FOTOKamran Əliyev Türkiyə nümayəndə heyəti ilə görüşdə Qarabağda sülhməramlı missiyanı müzakirə edib - FOTO

Siyasi       Tarix: 14 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri zelzele bugünki xəbərlər xeber.az bu gun