Kanada mətbuatı Fransanın antisülh siyasətindən yazdı

Kanada mətbuatı Fransanın antisülh siyasətindən yazdıKanadanın nüfuzlu "Thej.ca" yəhudi media platformasında "Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olur" sərlövhəli məqalə dərc olunub.
KONKRET.az xəbər verir ki, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi  və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, Fransa Senatı tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozaraq Azərbaycan ərazisində yaradılmış, Qəzzadakı HƏMAS hökuməti ilə eyni beynəlxalq legitimliyə malik erməni separatçı qurumu olan "Dağlıq Qarabağ Respublikası"nın Fransa tərəfindən tanınmasını tələb edən qətnamənin qəbul edilməsi anlaşılan olmamaqla yanaşı, yolverilməzdir.
Qeyd olunub ki, iki post-sovet respublikası arasında sərhədlərin delimitasiya olunmamasına rəğmən, cari ilin sentyabrında tərəflər arasında hərbi qarşıdurmanın qızışdığı bir vaxtda Azərbaycanı "erməni ərazisi"ndən çıxmağa çağıran Fransa Senatı bu hərəkəti ilə odun üstünə yanacaq əlavə edib, habelə sərhəddə qarşıdurmanın təşəbbüskarı erməni təxribatçıları olsa da, azərbaycanlıların ölümünə məhəl qoymadan məsələyə birtərəfli yanaşıb.
Müəllif Fransa Senatının qətnaməsinin məcburi xarakter daşımaması və heç bir hüquqi qüvvəyə malik olmaması müstəvisində sözügedən qətnamənin hələ də hər iki ölkə arasında sülh prosesinə ciddi əngəl törətdiyini diqqətə çatdırıb. Bu mövqeyini Fransa Prezidenti Emmanuel Makronun verdiyi qərəzli ermənipərəst bəyanatlarla əsaslandıran israilli politoloq əlavə edib ki, Makron "Dağlıq Qarabağ Respublikası"nın tanınmasına heç vaxt çağırış etməsə də, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın tərkib hissəsi kimi tanınmış Qarabağın "mübahisəli ərazi" olduğunu israrla iddia edib.
Məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev cari il dekabrın 7-nə planlaşdırılan, Aİ rəhbəri və Makronun iştirakı ilə nəzərdə tutulan görüşü ləğv edib və Makronun anti-Azərbaycan mövqe tutduğunu, Bakını təhqir etdiyini və buna görə də sülh danışıqlarında heç bir rol oynamamalı olduğunu vurğulayıb:
"Makron Azərbaycana həmlə edib, etmədiklərimizə görə bizi ittiham edib. Aydındır ki, Fransa bu şəraitdə, belə bir münasibətlə Azərbaycan və Ermənistan arasında sülh prosesinin bir hissəsi ola bilməz".
Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür.
Oxu.az

Siyasi       Tarix: 06 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbər cəbhədən yeni xəbərlər xeberler bugun valyuta mezennesi banklar