Kanadada dəhşət: 4-ü uşaq olmaqla 6 nəfər öldürüldü
Kanadanın paytaxtı Ottavada gecə saatlarında bir evdə 6 nəfərin cəsədi tapılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, cəsədlərin tapıldığı ev Ottavanın mərkəzindən təxminən 17 kilometr cənub-qərbdə, Barrhaven şəhərciyində yerləşir.
Dörd uşaq və iki böyük cəsədi tapan Ottava polisi verdiyi açıqlamada bir nəfərin həbs edildiyini bildirib. Açıqlamada polis eyni ərazidə bir nəfərin ağır, lakin həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya yerləşdirildiyini qeyd edib. Meyitlərin şəxsiyyəti açıqlanmasa da, uşaqlar və böyüklərin qohum olub-olmadığı açıqlanmayıb. Polis bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Ottava meri Mark Sutcliffe qətli şəhərin tarixindəki ən şokedici zorakılıq aktlarından biri adlandırıb.
Qeyd edək ki, Ottava Kanadanın sakit paytaxtı adlandırılır. Bu şəhərdə 2022-ci ildə cəmi 15, 2023-cü ildə isə 14 qətl hadisəsi baş verib.
Günel Mikayılova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi