Kanadanın Kalqari şəhərindəki azərbaycanlı icması həmrəylik yürüşü keçirib - FOTO
Kanadanın Kalqari şəhərindəki azərbaycanlı icması həmrəylik yürüşü keçirib - FOTO
Kanadanın Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə yerli ictimaiyyəti məlumatlandırmaq məqsədilə dinc etiraz yürüşü keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv reportajlar verən "Globe And Mail" və "The Canadian Press" media şirkətlərinin ofisləri önündən başlayan yürüş Kalqari şəhər bələdiyyəsinin binası qarşısında sona çatıb.
Aksiyada təcavüzkar erməni ordusunun Gəncə və Bərdə şəhərlərində, aralarında azyaşlı uşaqların və qadınların da olduğu, dinc əhaliyə qarşı törətdiyi terror aktları pislənib.
Soydaşlarımız Kanada mediasından hadisələri qərəzsiz və reallığa uyğun yaymağı tələb edib.
Aksiyada ermənilərin terrorçu hərəkətləri ilə bağlı məlumatların əks olunduğu plakatlar nümayiş olunub, "Qarabağ Azərbaycandır!", "Erməni təcavüzünə son qoyun!", "Media, həqiqəti xəbər ver!", "Yaşasın Azərbaycan!" kimi şüarlar səsləndirilib.
Sonda Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Kanadanın CTV telekanalı yürüşlə bağlı video-reportaj yayımlayıb. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."