Kapital Bank daha 2 vətəndaşın özünüməşğulluğuna dəstək olub
Ölkənin birinci bankı Kapital Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumu çərçivəsində daha 2 vətəndaşa dəstək göstərib.
azxeber.com xəbər verir ki, Tovuz rayonundan müraciət edən Həvva Muradovaya un məmulatlarının hazırlanması üçün avadanlıqlar, Bakı şəhəri Suraxanı rayonundan müraciət edən Səmərrux Babayevaya isə kiçik dərzi sexi açmaq üçün lazımi avadanlıqlar alınıb. Bununla da Kapital Bank tərəfindən memorandum çərçivəsində özünüməşğulluğuna dəstək göstərilən vətəndaşların sayı 133 nəfərə çatıb.
Xatırladaq ki, layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verir. Layihə çərçivəsində paytaxt Bakı, eləcə də regionlarda yaşayan və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar alınır.

Xalidə Gözəl vəfat etdi
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı