Kapital Bank "Dünya İnsan Resursları Sammiti 2024"də 2 mükafata layiq görülüb
Ölkənin birinci bankı Kapital Bank Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə baş tutan "Dünya İnsan Resursları Sammiti-2024" tədbirində 2 mükafat qazanıb. 50 ölkədən 500-dən çox iştirakçının və İnsan resursları sahəsində tanınmış liderlərin qoşulduğu tədbirdə Kapital Bank-ın İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Fərid Hüseynova "İlin ən yaxşı insan yönümlü Baş direktoru" mükafatı təqdim edilib. Bank eyni zamanda "Ən yaxşı daxili kommunikasiya strategiyası" nominasiyasında da təltif edilib.
"Dünya İnsan Resursları Sammiti" İnsan resursları sahəsində yeniliklərin təqdim edildiyi, qabaqcıl innovasiyaların və texnologiyaların tətbiqi mövzusunda təcrübə mübadiləsinin aparıldığı, həmçinin bu sahənin peşəkarlarının bir araya gəldiyi görkəmli tədbirlərdən biridir.
Xatırladaq ki, ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkətlərdən biri olan Kapital Bank nüfuzlu "Great Place To Work" – "Mükəmməl iş yeri" mükafatını Azərbaycanda alan ilk və tək bankdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır